Servis üzrə məsləhətçi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
∙ Müştəriləri cəld və gülərüz qarşılamaq;
∙ Müştərilərə professional xidmət göstərmək;
∙ Ənənəvi və elmi yolla hərəkət edərək müştərilərin razılığına və loyallığına nail olmaq;
∙ Müştərinin tələb və suallarını diqqətlə dinləmək və xidmət ehtiyaclarını müəyyənləşdirmək üçün müvafiq suallar vermək və lazımi xidmət göstərmək;
∙ Xidmət/ehtiyat hissələrinin qiymətini hesablamaq və işlərin tamamlanma vaxtını bildirmək;
∙ Məsuliyyət daşıdığı işləri vaxtında yerinə yetirmək;
∙ Bütün açılan iş kartlarını dəqiq məlumatlarla tamamladıqdan sonra və ya əlavə işlər/ehtiyat hissələri tələb olunarsa, iş kartında dəyişiklik edərək vaxtında Müştərinin yazılı təsdiqini (imza nəzərdə tutulur) almaq;
∙ Hər bir tamamlanmış iş kartında yerinə yetirilmə vaxtını, qiymətlərin dəqiqliyini və məlumat aydınlığını yoxlamaq;
∙ Xidmət satışları üzrə qoyulmuş hədəflərə nail olmaq və ya üstün gəlmək;
∙ Təkrar müştəriləri müyyənləşdirməq və onlara uyğun olaraq davranmaq;
∙ Müştərilərlə əlaqə saxlayaraq onlara təyinat sistemi və növbəti dövri xidmət barədə qeydləri xatırlatmaq;
∙ Zənglərə tez və dəqiq cavab vermək və hər bir zəng vuran şəxsin razı qalmasına səy göstərmək;
∙ Müdiriyyətin tapşırıqlarını vaxtında yerinə yetirmək.

Namizədlərə tələblər:
∙ Yaş: 25-40;
∙ Ali təhsil (texniki ali təhsilə üstünlük verilir);
∙ Avtomobil sahəsində iş təcrübəsi (min. 2 il);
∙ MS Office proqramlarında işləmə bacarığı;
∙ Rus və ingilis dillərinin bilməsi üstünlükdür;
∙ Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
∙ Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
∙ Stres altında işləmə qabiliyyəti;
∙ Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
∙ Fəal və işə planlı yanaşma;
∙ Qərarvermə qabiliyyəti.

Namizədlər hr@cahan.az email adresinə CV göndərə bilərlər.
Son müraciət tarixi: 2021-04-28