Sətəm mütəxəssisi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Şirkət: “Kristal Abşeron” MTK

Müqavilə: Əmək müqaviləsi
Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən razılaşma yolu ilə təyin olunacaq.

Tələblər
- Ali təhsil.
- Yaş həddi 25-40.
- Dil bilikləri (Azərbaycan dili, Rus dili)
- MS office proqramlarını bilməli
- SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə ən azı 3 illik iş təcrübəsi;
- Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı.

Vəzifələr
– İstehsalatda əməyin mühafizəsi işinin təşkili və əlaqaləndirilməsi;
– İstehsalat işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
– İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq;
– İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həyata keçirmək;
– SƏTƏM təlimatlarında olan dəyişikliklərin hazırlanmasında iştirak etmək və vaxtında işçiləri məlumatlandırmaq;
– İşçilərin əməyin mühafizəsi və əməyin texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
– Təhlükəsizlik üzrə təlimat və təhsil proqramlarını aparmaq, və orada təhlükəsizlik əşyalarından istifadə qaydalarını göstərmək, yeni işə qəbul edilən işçiləri təhlükəsizlik qaydaları ilə tanış etmək.

İş qrafiki: həftənin 6 günü, saat 9:00-dan 18:00-dək, şənbə günü 9:00-dan 13:00-dək

Müraciət etdiyiniz vəzifənin adını hr@kristalabsheron.az email-in mövzu hissəsində “Sətəm mütəxəssisi” şəklində göstərməyiniz xahiş olunur. Uyğun namizədlər müsabiqəyə dəvət olunacaq.
Son müraciət tarixi: 2021-06-28