SƏTƏM üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Vəzifə öhdəlikləri:
SƏTƏM üzrə mütəxəssisin əsas vəzifəsi müəssisədə qəzaların, peşə xəstəliklərinin və qəzaların qarşısının alınmasına yönəlmiş hüquqi, təşkilati-texniki, sanitariya-gigiyenik, sosial-iqtisadi və müalicəvi-profilaktik tədbirlərin icrasının təşkilidir.
SƏTƏM üzrə mütəxəssis fəaliyətini SƏTƏM Qaydalarına, eyni zamanda Azərbaycan Respublikasının aidiyyati Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparır;
Səlahiyyətləri çərçivəsində yeni Qaydaların, Prosseslərin, Prosedurların, Daxili normativ aktların və sahə standartlarının tərtibatında iştirak edir;
“Aztelekom” MMC-in struktur bölmələrinə cavabdeh şəxslər tərəfindən öz iş sahalərində işləyən işçilərinin giriş təlimatının, iş yerində təlimatların aparılmasına nəzarət edir;
İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasına nəzarət edir;
Əməyin mühafizəsi ilə əlaqədar sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edir və lazımi tövsiyələr verir;
SƏTƏM üzrə digər tapşırıqların icrası;
Kvalifikasiya üzrə tələblər:
SƏTƏM üzrə mütəxəssis vəzifəsinə təyin edilən şəxs aşağıdakı tələblərə uyğun olmalıdır:

Ali-texniki təhsilə malik olmalidır;
Sahəsi üzrə ən azı 3 il təcrübəsi olmalıdır;
Azərbaycan dilini mükəmməl bilməlidir, İngilis və Rus dilləri arzuolunandır;
SƏTƏM üzrə qaydaları mükəmməl bilməlidir;
MS Office programlarını mükəmməl bilməlidir;

İş şəraiti:
Həftədə 5 iş günü, 2 gün istirahət;
İş saatları 09.00-18.00
iş yeri: Baş ofis, Bakı şəhəri

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “SƏTƏM üzrə mütəxəssis” vakansiya adını qeyd etməklə elektron ünvanına göndərə bilərlər.Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son müraciət tarixi 30.04.2023.