Sistem inzibatçısı

Şirkət haqqında
Əmək haqqı
1500-2000

İş haqqında

Vəzifə öhdəlikləri:
- Sistemlər üzrə yenilikləri (updates) yoxlayır və yenilənmə üzrə plan tərtib etmək
- Mövcud infrastruktur resurslarını istifadə edərək sistemləri quraşdırır və yeni versiyaları test etmək
- Sistemlərdə baş verəbiləcək problem və dayanmaları prosedurlara əsasən araşdırmaq və həll etmək
- Sistemlərin administrasiyası üzrə proqram təminatını istifadə etməklə, problemləri araşdırmaq və müxtəlif keyfiyyət göstəriciləri üzrə hesabatlar tərtib etmək
- Sistemlərin idarəedilməsi və dəstəklənməsi üzrə şirkətin təklif etdiyi təlimlərdə və praktiki tədbirlərdə iştirak etmək
- Öhdəsində olan sistemlərin idarəedilməsi üzrə prosedur və qaydaları tərtib etmək
- Sistemlərin dəstəklənməsi üzrə profilaktik və gündəlik işləri icra etmək monitorinq aparmaq
- Son istifadəçilərə köməklik göstərmək və bəsit təlimlər vermək
- Korporativ standartlara və daxili siyasət, prosedurlara riayət etmək
- Sistemlərin düzgün və effektiv istifadəsi üzrə tövsiyələr vermək

Namizədə tələblər:
- Kompüter Elmləri, İnformasiya Sistemləri üzrə bakalavr və ya magistr dərəcəsi
- Komanda şəklində işləmə bacarığı;
-Sənədəri tərtib etmə və işləmə qabiliyyəti
- Analitik təhlil bacarığı
- Sistem inzibatçılığı sahəsində 2 ildən çox iş təcrübəsi
- UNIX/LİNUX və Windows əməliyyat sistemlərinin(server) inzibatçılığı
- Virtuallaşdırma(Vmware Vsphere, MS Hyper-v) texnologiyası sahəsində təcrübəsi
- Dayanaqlı klasterin qurulması və tətbiqi üzrə təcrübə (Vmware Vsphere, MS Hyper-v)
- Server, Storage və şəbəkə avadanlıqları(switch,router,firewall) ilə iş təcrübəsi
- Proqram təminatı və avadanlıqda nöqsanların aşkarlanması və aradan qaldırlması üzrə bacarığı
- Problemin araşdırılması ilə əlaqədar dəstəkçi şirkətlə ünsiyyət qurmaq bacarığı
- Məlumatların ehtiyata alınması və bərpası işləri üzrə təcrübəsi
- İşlərin təşkili, planlanması, qeydtiyyatının aparılması və prioritetlərin təyin edilməsi üzrə bacarığı
- Komanda şəklində işləmə bacarığı
-İngilis və Rus dili bilikləri (danışıq bilikləri, texniki sənədlərin oxunması)
- Daimi olaraq yeni İT biliklərinin mənimsənilməsi bacarağı və yeniliyə həvəsli olmağı

İş şəraiti:
- Ofis daxili;
- Əmək haqqı 1500-2000 AZN
-İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar təminatının qarşılanması;
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi

Maraqlananlardan xahiş olunur öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq. Göndərilən CV-lərdə mövzu adı yerində “Sistem inzibatçısı” yazılmalıdır.
Son müraciət tarixi: 2021-04-09