Sistem İnzibatçısı

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Şirkət : ULTEL
Funksiya : İnformasiya Texnologiyaları
İş qrafiki : Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi : 23.05.2021
Müqavilə müddəti : Daimi

Telefon, internet (Optic/Ethernet və VDSL), kabel TV, IP-TV kimi xidmətləri təqdim edən bir operator olaraq əsas hədəfimiz telekommunikasiya xidmətlərini daha əlçatan etməkdir.

Sizi “ULTEL” ailəmizə qoşularaq qarşımıza qoyduğumuz hədəfləri bərabər həyata keçirməyə və daim inkişaf etməkdə olan telekommunikasiya sektorunun dəyərli bir üzvü olmaya dəvət edirik.

Sistem İnzibatçısı olaraq sizin vəzifə öhdəlikləriniz
*Unix, Linux sistemlərini idarə etmək;
*İT əməliyyatı məhsullarını, xidmətlərini və proseslərini optimallaşdırmaq;
*Müştərilərin ümumi qiymətləndirilməsi, quraşdırma, monitorinq, sənədləşdirmə, artım prosedurlarına və müştəri məmnuniyyətinə görə məsuliyyət daşımaq;
*Proseslərin ardıcıl şəkildə icrasının və davamlı inkişafının təmin edilməsinə görə məsuliyyət daşımaq;
*Linux və Unix əsaslı sistemlərin problemlərinin aşkar edilərək aradan qaldırılmasını və bu sistemlərin bərpa edilməsini bacarmaq;

Vəzifənin tələblər
*Ali və ya Magistr təhsili;
*Verilənlərin saxlanması şəbəkələri (Storage Area networks), RAID, LVM, ZFS, NFS, SMB, FTP, TFTP, disklər, həcmlər, fayl sistemlərinin birləşdirilməsi nöqtələrini aydın şəkildə başa düşmək;
*OSI model barədə anlayışa malik olmaq;
*Virtuallaşdırma texnologiyası (Esxi) barədə anlayışa malik olmaq;
*Scripting (Shell, Bash)
*Azərbaycan (səlis), Rus (orta), İngilis (orta) dillərini bilmək.

Müraciət etmək üçün
CV-nizi recruitment@azerconnect.az mail ünvanına göndərməyinizi xahiş edirik.
Şirkətimizdə mövcud digər vakansiyalarla tanış olmaq üçün www.azerconnect.az səhifəsinə keçid ala bilərsiniz.
Başlıqda “Sistem İnzibatçısı” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.