Smeta üzrə Mühəndis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
• Layihə üzrə ərazinin və müvafiq cizgilərin incələnməsi;
• Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması;
• Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanması və təhlili;
• Vahid qiymət analizləri;
• İnşaat zamanı risk dəyərləndirilməsi, layihənin maliyyətinə nəzarət;
• Nağd pul axını proqnozlarının hazırlanması;
• Aralıq ödənişlərinə nəzarət;
• Müqaviləyə daxil olmayan iş həcminin dəyərləndirilməsi;
• Layihə cizgilərində dəyişikliklərin sənədləşdirilməsi və büdcənin yenilənməsi;
• Tikinti materialları və inventarına nəzarət;
• Layihə ilə bağlı proqresin sənədləşdirilməsi;
• Yerli qanunvericiliyə əsasən vergilər və müvafiq qanunlar barədə məlumat;
• Sub-podrat firmalara müqavilə ödənişlərinin təhlili və tətbiqi.

İş şəraiti və şərtləri:
• İş yeri: Bakıdan 70 km məsafədə yerləşən İnfarsturktur Layihəsi
• İş günləri: Bazar ertəsi - Şənbə günləri
• Əmək haqqı: Razılaşma ilə

Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını - “Smeta üzrə Mühəndis”, qeyd etməklə CV formalarını hr@asgroup.az mail ünvanına göndərə bilərlər. Son müraciət tarixi 08 iyun 2021