Smeta üzrə Mühəndis

Şirkət haqqında
Əmək haqqı
1000

İş haqqında

Namizədə tələblər:
- Mühəndis ixtisası üzrə ali təhsil;
- Minimum 2-3 il müvafiq sahədə iş təcrübəsi.
- Müvafiq qanunvericilik aktları və normalarını bilməsi
- Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (yaxşı), Microsoft Office və AutoCAD (ArchiCAD bilmək üstünlükdür) proqramları;

Tələb olunan vəzifə öhdəlikləri:
- Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması;
- Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanması və təhlili;
- İnşaat zamanı risk dəyərləndirilməsi, layihənin maliyyətinə nəzarət;
- Nağd pul axını proqnozlarının hazırlanması;
- Layihə ilə bağlı proqresin sənədləşdirilməsi;
- Yerli qanunvericiliyə əsasən vergilər və müvafiq qanunlar barədə məlumat;
- Sub-podrat firmalara müqavilə ödənişlərinin təhlili və tətbiqi
- Obyektin layihələndirmə tələblərini bilmək;
- Başa çatmış tikinti-quraşdırma işlərinin qəbulunda iştirak etmək;

İş qrafiki:
- İş saatları 5 gün 09:00 – 18:00, şənbə günü saat 17:00-dək.
- Nahar fasiləsi: 13:00-14:00
- İstirahət günü: Bazar günü
- Əmək haqqı: 1000 azn

Uyğun namizədlərdən [email protected] elektron ünvanına mövzu yerinə “Smeta üzrə Mühəndis” yazaraq CV göndərmələri xahiş olunur
Son müraciət tarixi: 2021-07-10