Smetaçı mühəndis

Şirkət haqqında
Əmək haqqı
1800-2500

İş haqqında

Yerinə yetirəcəyi işlər:
- Maliyyə-smeta sənədlərini hazırlayır;
- Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz edir;
- Analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlayır;
- Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparır;
- Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlayır və bu barədə arayış tərtib edir;
- Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak edir;
- Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak edir;
- Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlayır, görülən işlər barədə aktlar hazırlayır;
- Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görür;
- Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirir;
- Smeta qiymətləri haqqında arayışlar tərtib edir;
- İdarəetmənin keyfiyyəti üzrə tələblərə əməl edir.

Tələblər:
- Layihə smeta işlərinin hazırlanması üçün normativ hüquqi sənədləri;
- Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını;
- Titul vərəqələrinin hazırlanmasını, aşkar olunan defektlərin cədvəlinin yazılma qaydasını və digər texniki sənədlərin hazırlanma qaydasını;
- İqtisadıyyatın əsaslarını, istehsalatın, əməyin və idarəetmənin təşkili qaydalarını.
- Ali təhsil (müvafiq sahə üzrə)
- Müvafiq sahə üzrə minumum 3 il iş təcrübəsi
- Azərbaycan dili (əla), ingilis dili (yaxşı), rus dili (yaxşı)
- Microsoft Office (yaxşı), 1C, Auto CAD

İş şəraiti:
- İş rejimi: 5 günlük, 09:00-18:00
- Əmək haqqı: 1800-2500 AZN

CV-ləri “Smetaçı mühəndis” başlığı ilə göndərməniz xahiş olunur.
Son müraciət tarixi: 2012.12.15