SMM menecer

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Öhdəliklər:
- Təklif olunan məhsulun və ya xidmətin tanıtımı (Brendləşməsi);
- Sığorta bazarı, auditoriya və rəqiblərinin analizi;
- Mövzuya uyğun olaraq, yüksək keyfiyyətdə cəlbedici kontentin (mətn, foto və video) hazırlanması və ya seçilməsi;
- Hazırlanmış kontentin web-sayt, sosial media və blog-a yerləşdirilməsi;
- Kontentin yerləşdirildiyi yerlərdə (web-sayt, sosial media və blog) istifadəçilərlə qarşılıqlı əlaqənin (user interaction) inkişaf etdirilməsi üçün 100% cavablandırmanın təmin edilməsi;
- Kontentin inkişaf etdirilməsində daima yeni ideyaların təklifi və kifayət qədər sərbəst işləmə bacarığı;
- PR-cəmiyyətlə əlaqə quran piarın təşkil edilməsi;
- Şirkətə məxsus sayt və sosial media vasitələri izləyicilərinin artırılması

Tələblər:
- Ali təhsil;
- Social Media Marketing (SMM) sahəsində iş təcrübəsi;
- Qrafik dizayn qabiliyyəti (Photoshop, Illustrator və CorelDRAW);
- Əla səviyyədə Azərbaycan dili biliyi, rus dili arzu olunandır;
- "Copywriting" qabiliyyəti;
- Sosial şəbəkələrdə maksimal "interaction" əldə etmək üçün düzgün foto və video seçmək qabiliyyəti;
- Enerjili, punktual, məsuliyyətli, kreativ, ünsiyyətcil və işinə qarşı həvəsli;
- Komandada işləmək qabiliyyəti

İş şərtləri:
- İş qrafiki bazar ertəsi və cümə günləri, saat 09:00 - 18:00
- Əmək haqqı müsahibə zamanı namizədin bilik və təcrübəsi əsasında təyin olunacaq;
- Ünvan: Xətai r-nu, Nobel pr. 15, Azure Biznes Mərkəzinin 23-cü mərtəbəsi, 159 otaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini cv@oys.az mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “SMM Menecer” qeyd etmələri xahiş olunur.
Son müraciət tarixi 01 may 2021