SMM Menecer

Şirkət haqqında
Əmək haqqı
500-700

İş haqqında

Əsas vəzifə və öhdəliklər:
- Şirkətin fəaliyyət təyinatı üzrə SMM hədəflərini təyin etmək, SMM strategiyasını hazırlamaq, rəhbərlik ilə müzakirə etmək və həyata keçirilmək;
- Sərbəst işləyərək, kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələri təklif etmək;
- Sosial şəbəkələrdəki səhifələrin həftəlik və aylıq tədbirlər planlarını tərtib etmək, mövzuya uyğun olaraq yüksək keyfiyyətdə və cəlbedici gündəlik paylaşılacaq kontent materiallarını (mətn, şəkil, video) hazırlamaq, seçmək, dizayn etmək, web-sayt, social media, bloqda yerləşdirlmək, nəzarət etmək və postlar üçün yeni ideyalar vermək;
- Sosial media postları, reklam məhsulları üçün sloqan, ad və mətnlər hazırlamaq, şirkətin məhsul/xidmətləri üçün yaradıcı ideya və təkliflər hazırlayaraq təqdim etmək;
- Kontent yerləşdirildiyi yerlərdə (web-sayt, sosial media və bloq) istifadəçilərlə qarşılıqlı əlaqənin inkişaf etdirilməsi üçün 100% cavablandırmanın təmin edilməsi (sosial şəbəkələrdə müştəri və izləyicilərdən daxil olan sorğuları müvafiq əməkdaşalara yönləndirmək və ya şirkət adından korporativ dəyərlər çərçivəsində cavablandırmaq);
- Şirkətin sosial şəbəkə platformalarında olan səhifələrini peşəkarcasına idarə və inkişaf etdirmək, maksimum tanıtmaq, reklam/PR fəaliyyətini təşkil etmək, aksiya və kampaniyalar yaratmaq, keçirmək və idarə etmək;
- Youtube, LinkedIn, Twitter, Facebook, İnstagram və digər sosial şəbəkələrdə işləyərək korporativ hesablarının peşəkar idarə olunması, habelə abunəçilər sayının artırılması üzərində işlər aparmaq;
- Azərbaycan, ingilis və rus dillərində yüksək keyfiyyətli, yaradıcı, cəlbedici mətn və məqalələrin qrammatik qaydalara uyğun olaraq yazılmaq, təqdim və tətbiq etmək;
- Bazarın və rəqib şirkətlərlərin fəaliyyətinin araşdırılması, monitorinqi, təhlili və tələbatın müəyyənləşdirilməsi;
- Bütün çap materiallarının sifariş və nəzarətini həyata keçirilmək;
- Vizualların hazırlanmasına nəzarət etmək;
- Trend və yenilikləri izləmək;
- Rəhbərliyə ay ərzində görülmüş işlərin nəticələri haqqında hesabat hazırlamaq;
- Rəhbərliyin aidiyyatı üzrə digər yazılı və şifahi tapşırıqlarını icra etmək.

Namizədə tələblər:
- Ali təhsil (Jurnalistika və ya Marketinq sahəsində bakalavr dərəcəsi);
- Müvafiq sahədə sertifikatlarının olması üstünlükdür;
- Sosial media marketinq (SMM) üzrə ən azı 3 illik iş təcrübəsinə malik olmalı;
- Dil bilikləri: Azərbaycan dilini (yazmaq, oxumaq, danışmaq, anlamaq) yüksək səviyyədə bilməli. Rus dili (sərbəst), ingilis dili (yaxşı);
- Yaş: 23-35
- Azərbaycan vətəndaşı olmalı;
- İT biliklər: Ofis proqramları (Word, Excel, PowerPoint, Outlook Express: sərbəst bilməli). Youtube, Facebook, Twitter, Linkedin və İnstagram platformalarında sərbəst iş bacarığına malik olmalı;
- Facebook Business Suit və Business manager-i işləmək bacarmalı, Google Ads, Google Analytics-də işləməyi bacarmalı, SEO və SEM üzrə bilikləri olmalı. Corel Draw, Adobe Photoshop, Adobe Illustrator, Adobe Premiere, ADOBE ANIMATE, WEBSITE CONTENTS MANAGEMENT, HTML, CSS3, Bootstrap barədə məlumatlı olmalı;
- Sosial şəbəkələrdə maksimal "interaction" əldə etmək üçün düzgün foto və video seçmək qabiliyyəti;
- Kiçik mobil video çəkilişlərin aparılması və montaj olunmasını bacarmalı.

Peşəkar və şəxsi keyfiyyətlər:
- Vicdanlı, enerjili, punktual, işinə qarşı həvəsli, aktiv, çevik, yeniliklərə açıq, kreativ yanaşmaya, yaradıcı ideya qabiliyyətinə malik olmalı;
- Komandada və sərbəst şəkildə işləmək bacarığı, idarəçilik və təşkilatçılıq qabiliyyəti olmalıdır;
- Məsuliyyətli, diqqətli, mükəmməl şifahi ünsiyyət qurmaq, işgüzar yazışmalar və təqdimat bacarığına malik olmalı;
- Yüksək danışıq qabiliyyəti, fikirini aydın izah və əsaslandırmaq bacarıqlarına yüksək səviyyədə malik olmalı;
- Digital Strateji planlama və tətbiq, araşdırmaq və yenilikləri tətbiq etmək bacarığına malik olmalı;
- Digital reklam idarəetmə və qrafik dizayn bacarığı olmalı;
- Gündəmi izləmək, analiz etmək, araşdırma aparmaq və məhdud zaman çərçivəsində işləmək bacarığına malik olmalıdır;
- Analitik və deduktiv təhlil, strateji düşünmə, statistik və riyazi bilikləri olmalı,
Hesabatlar ilə işləmə bacarığı olmalı;
- Bütün əsas sosial şəbəkələrin incəliklərini bilməlidir.

Biz Sizə hansı iş şəraitini təklif edirik:
- İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir;
- Əmək haqqı: 500 – 700 AZN ((net), namizədin təcrübəsindən asılı olaraq);
- Korporativ mobil nömrə və danışıq vaxtı;
- Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən;
- İş qrafiki: Həftə içi 6 gün (bazar günü istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
- İş yeri: Bakı şəhəri, Azure Biznes Mərkəzi, 9-cu mərtəbə.

CV və PORTFOLİO-nuzu hr@azea.az e-ünvanına göndərə bilərsiniz. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (SMM Menecer) qeyd etməyinizi xahiş edirik.
Qeyd: Yuxarıda qeyd olunan e-mail ünvanına yalnız şəkilli CV-lərinizi göndərin.
Son müraciət tarixi: 2021-09-26