SMM üzrə menecer

Şirkət haqqında
Əmək haqqı
700-800

İş haqqında

Vəzifə öhdəlikləri:
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın və trendlərin müəyyənləşdirilməsi;
- Facebook, İnstagram və digər sosial şəbəkələrdə SMM xidmətinin göstərilməsi;
- Sosial şəbəkələr üçün yüksək keyfiyyətdə və cəlbedici gündəlik paylaşım materiallarının (mətn, şəkil, video) seçilməsi, hazırlanması və sosial media kanallarında yerləşdirilməsi;
- Sosial mediada hədəf kütləni təyin edərək məhsullar, xidmətlər və prosedurlar barədə reklam aksiyalarının yerləşdirilməsi və onların effektivliyinə nəzarət edilməsi;
- Müştərilər tərəfindən rəylərdə və inboxda sorğuların inzibatçıya yönləndirilməsi və sualların cavablandırılması, xidmət və prosedurlar haqqında məlumatların verilməsi;
- Peşəkar foto və videoçəkilişlərin təşkil edilməsi və yayımının planlaşdırılması;
- Kampaniyalar, bayram günləri və s. günlərin qeydiyyatının aparılması və özəl postların paylaşılması;
- Bütün çap materiallarının (promo materialların) sifarişi olunması və nəzarətin həyata keçirilməsi;
- Reklamların və digər aktivliklərin sifarişinə, hazırlanmasına nəzarət edilməsi;
- Rəhbərliyin digər tapşırıqlarını həyata keçirilməsi və hesabatların hazırlanması.

Namizədə tələblər:
- Ali təhsil (Marketinq sahəsində)
- Sosial media marketinq (SMM) üzrə azı 1 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili və rus dili əla səviyyədə, ingilis dili olması arzuolunandır.
- Dizayn proqramları (Adobe Photoshop, Corel Draw və s.) üzrə biliklərin olması vacibdir.
- Ms. Office proqramlarını bilməlidir.
- Komandada və sərbəst işləmə bacarığının olması, idarəetmə qabiliyyətli, məsuliyyətli olmalıdır.
- Sosial şəbəkələrdə maksimal “user interaction” (istifadəçilərlə qarşılıqlı əlaqə) əldə etmək üçün düzgün foto və video seçmək qabiliyyəti.
- Kreativ, qrafik dizayn etmək qabiliyyəti.
- Düzgün yazılı və şifahi ünsiyyət qurmaq.
- Əmək haqqı: 700-800 AZN (Əmək haqqı müsahibənin nəticəsinə görə dəyişə bilər)

CV-lərinizi [email protected] ünvanına “SMM üzrə menecer" başlığı ilə göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 2021-08-16