SMM üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
500-600

İş haqqında

Əsas vəzifə və öhdəliklər:
- Sosial şəbəkə hesablarının idarə edilməsi (facebook, instagram, twitter və s.), kontentlərin yazılması, yayımlanması
- Həftəlik və aylıq kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək;
- Hədəf auditoriyasını müəyyən etmək, onun maraqlarını və davranışlarını daimi öyrənmək və incələmək
- Sosial media kanalları vasitəsilə internet izləyicilərinin cəlb edilməsi və onlayn aktivliyin təşkil edilməsi
- Səhifəyə gələn sorğuları cavablandırmaq, ehtiyac yarandığı təqdirdə müvafiq şöbələrə yönləndirmək və ya cavablandırılmasını təmin etmək
- Reklam kampaniyalarının aparılması, reklam materiallarının hazırlanıb sosial şəbəkələrdə yerləşdirilməsi.
- Sosial platformlarada rəqiblərin izlənməsi və fərqli addımların atılması təkliflərin hazırlanması
- Davamlı trendlərin izlənməsi və yeni trend yarada bilmək üçün təkliflərin hazırlanması

Namizədə tələblər:
- Ali təhsil
- Əla səviyyədə Azərbaycan və rus diliərini bilmək və hər iki dildə düzgün şifahi və yazılı nitqi olmalı.
- Yüksək səviyyədə qrammatik, düzgün və maraqlı mətnləri yazma qabiliyyəti;
- Bu sahədə minimum 1 il iş təcrübəsi
- Google Adwords, Facebook Ads Manager, Google Analytics istifadə baсarığı
- Facebook, Linkedin, Instagram və digər sosial platformaları üzrə istifadəçi təcrübəsi, digital reklam idarəetmə bacarığı və qrafik dizayn bacarığı (Adobe Photoshop, Adobe Illustrator, Corel Draw və s.)
- MS Office proqramlarından sərbəst istifadə etmək bacarığı;

Əmək haqqı: 500-600 AZN

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzü hissəsində SMM üzrə mütəxəssis yazmaqla cv@gsupplyllc.com elektron ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 2021-06-04