SMM üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
400-500

İş haqqında

Namizədə tələblər
- Ali təhsil mütləqdir
- Marketinq sahəsi üzrə təcrübə tələb olunur
- Azərbaycan, rus və ya ingilis dillərini;
- Microsoft Office (Word, Excel, Power Point) proqramlarını, elektron poçtdan istifadə qaydalarını bilməlidir)
- Yaş: 23-35

Şəxsi keyfiyyətlər
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
- Təşəbbüskar olmalı;
- Kompüterdə sərbəst işləməyi bacarmalı;
- Ünsiyyətcil, özünə əminlik hissi, yüksək intellektual səviyyəli olmalı;
- Məsuliyyətli, diqqətli və yaradıcı olmalı;

Əsas vəzifə öhdəlikləri
- Marketinq planının hazırlanması, həyata keçirilməsi və monitorinqi
- Podratçı şirkətlərlə iş (iclaslarda iştirak, müqavilələrin icrası / razılaşdırılması, monitorinq fəaliyyəti)
- Şirkət brendinin istifadəsinə nəzarət və monitorinqi
- Biznes kartları sifariş etmək, müvafiq podratçı şirkətin işinin icrasına nəzarət etmək və prosesini sona çatdırmaq
- Promo məhsulların dizaynının hazırlanması,istehsalı və keyfiyyətinə nəzarət edilməsi
- Xarici reklam, təqdimat fəaliyyəti, təqdimat materialları
- Rəqiblərin marketinq fəaliyyətinin monitorinqi
- Podratçı şirkətlərlə işləmək
- SMM-in dəstəklənməsi və monitorinqi (müqavilələrin icrası / təsdiqi, sosial layihələr, videolar, müqavilələrin hazırlanması, monitorinqi və nəzarəti)
- Korporativ saytın məzmununun monitorinqi və vaxtında yenilənməsi
- İdarə Heyəti / Komitələr üçün təqdimatların və hesabatların hazırlanması
- Birbaşa rəhbərin və o cümlədən şuranın / komitələrin təlimatlarının yerinə yetirilməsi

İş şərtləri
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı 09:00 - 17:30
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Əmək haqqı 400-500 azn

Məlumatlandırıcı qeydlər
- Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
- CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
- Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
- İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
- Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
- CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’ lərini recruiting@ateshgah.com -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “SMM üzrə mütəxəssis“ qeyd etmələri xahiş olunur
Son müraciət tarixi: 2021-06-17