Sosial işçi

Şirkət haqqında
Əmək haqqı
780

İş haqqında

Sosial işçi Bakı SOS Uşaq Kəndində qayğı görən uşaq və gənclərlə sosial işin təşkilini həyata keçirir. Uşaq və gənclərin əmlak, həmçinin uşaqların proqrama qəbulu məsələlərinin tənzimlənməsi, onların bioloji ailə köklərinin araşdırılması, uşaq problemləri ilə məşğul olan dövlət qurumları və qeyri hökumət təşkilatları ilə əməkdaşlıq etməyə məsuldur.

Profiliniz:
Sosial iş sahəsində ali təhsil;
Əlaqədar sahə üzrə minimum 1-3 illik iş təcrübəsi;
Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq;
Peşəyönümü əlavə təhsil (təlim, seminarlar);
Sosial və təşkilati bacarıqlar;
Yüksək ünsiyyət bacarığı, o cümlədən, dövlət qurumları ilə əlaqə qurmaq qabiliyyəti;
Fərdi və komandada işləmək istəyi və bacarığı;
Stress altında işləmək bacarığı;
Kompüter biliyi (MS Office);

Vəzifə və öhdəliklər:
Keys Menecment alətləri vasitəsi ilə uşaqların keyslərini idarə və koordinasiya etmək
Hər bir uşağın/gəncin fərdi ehtiyaclarına uyğun Fərdi İnkişaf Planlarını tərtib etmək və həyata keçirilməsinə dəstək olmaq
Uşaqların bioloji ailələri ilə iş üzrə öhdəlikləri icra etmək
Uşaq və gənclərin çatışmayan sənədlərinin (doğum şəhadətnaməsi, şəxsiyyət vəsiqəsi, valideynlərin ölüm şəhadətnaməsi) həmçinin itmiş və korlanmış sənədlərin bərpası, pensiya və müavinətlərin təmin edilməsinə dəstək etmək
Uşaq Kəndinin planlaşdırma və maliyyə işlərində iştirak etmək
Uşaq və gənclərin daşınan və daşınmaz əmlakının (həmçinin vərəsəlik və ya qeyri-vərəsəlik şəklində mövcud olan) mövcudluğu haqqında araşdırmalar aparmaq və belə hallar olduqda uşaqların əmlak hüquqlarını qanuniləşdirmək
Uşaq qəbulu və Uşaq müdafiəsi komitəsinin üzvü olmaq

Uşaq müdafiəsi:
Uşaq Müdafiə Siyasətinə riayət etmək;
UKP layihələrində zorakılıq halları ilə bağlı hadisələrə “Uşaq müdafiəsi üzrə Hesabat vermə və cavab tədbirləri” prosedurunu tətbiq etmək.

İş şərtləri:
Ünvan/Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 27a (Həzi Aslanov metrosu yaxınlığı);
Həftədə 2 gün istirahət;
Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.

Təklifimiz:
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır.

Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV (yalnız elektron ərizələr nəzərə alınır) 3 May 2023-cü il tarixədək “Bakı/Sosial İşçi” adlı başlıqla e-poçt ünvanına göndərməyinizi xahiş edirik.
Əlaqə nömrəsi: 055 227 47 25

Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!