SPA və İstirahət şöbəsinə qonaq xidməti agenti

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Öhdəliklər:
- Telefon zənglərinə operativ və peşəkarlıqla cavab vermək və yardım üçün müvafiq istiqamətə yönləndirmək.
- Mərkəzin üzvlərini və qonaqları mehriban və gülərüzlə qarşılamaq.
- Lazım olduqda qonaqları müşayiət etmək.
- Mərkəzin bütün işləri haqqında kifayət qədər məlumatlı olmaq.
- Mərkəz haqqında şəxsən və telefon vasitəsilə informasiya və məlumatlar təqdim etmək.
- İcazəsiz şəxslərin daxil olmasını məhdudlaşdırmaqla mərkəzin bütün ərazilərində giriş – çıxışa nəzarət etmək.
- Göstərilən xidmətlər müqabilində müştərilərdən pulları və digər müvafiq ödənişləri yığmaq.
- Sifarişlər / planlaşdırma işlərinin aparılması.
- Qapılarına açılması və bağlanması prosedurlarına dair ətraflı biliklərə malik olmaq.
- Tələb edildikdə idman mərkəzi üzrə tanışlıq turları keçirmək.
- Qəbul şöbəsinin bütün işlərinin yüksək peşəkarlıqla aparılmasını təmin etmək.
- Telefonla və şəxsən edilən sorğuları cavablandırmaq, klub haqqında hərtərəfli və dolğun məlumatlar vermək.
- Xüsusi tapşırıqları yerinə yetirmək.
- Lazım olduqda, satış paketlərini koordinasiya etmək.
- Ofis sənədlərinin saxlanılması.
- Qeydiyyat şöbəsinin bütün materiallarının inventarlaşdırılması və saxlanılmasını həyata keçirmək.

Tələblər:
- Müvafiq sahədə diplom yaxud sertifikat
- İş yeri: Qusar rayonu

Nəqliyyat, yerləşdirmə və qida şirkət tərəfindən təmin olunur

Müraciət etmək üçün mövzu hissəsində "Qonaq Xidməti Agenti” qeyd etməklə CV-lərinizi göndərə bilərsiniz.
Son müraciət tarixi: 2021.12.10