SPA və İstirahət şöbəsinə terapist

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Öhdəliklər:
- Masaj kabinetinin müştərilərini qəbul etmək, onlar barəsində zəruri məlumatları (travmalar, xəstəliklər, həkimin təyinatı (fitness-təlimatçısının), əks göstərişlər, məqsəd və.s) öyrənmək.
- Masajın tip və növünü müəyyən etmək.
- Sertifikatlaşdırılmış masaj avadanlığı və inventardan istifadə etmək, masaj avadanlığını və inventarını masaj seansı üçün hazırlamaq.
-Masaj seansını (ümumi sağlamlıq, idman, anti-sellülit, kosmetoloji və digər növləri) masaj qaydalarına riayət etməklə keçirmək.
- Müştərinin “problemli” yerlərini müəyyənləşdirmək və seqment masaj etmək.
-Müştərilərə özünü-masaj etmək imkanları və digər peşəkar məsələlər barəsində tövsiyyələr vermək.
- Müştərilərdən öyrəndiyi məlumatların konfidensiallığını təmin etmək.
- Tələb olunan hallarda müştərini, onun ehtiyacı olduğu metodlardan istifadə edən masajçıya rəsmi şəkildə yönləndirmək.
- Masaj kabinetində zəruri təmizlik və səliqəni təmin etmək.
- Masaj sahəsində yerli və xarici təcrübəni öyrənmək, öz ixtisasını sistematik olaraq artırmaq.
- Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək.
- Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək.

Tələblər:
- Müvafiq sahədə diplom yaxud sertifikat
- İş yeri: Qusar rayonu

Nəqliyyat, yerləşdirmə və qida şirkət tərəfindən təmin olunur

Müraciət etmək üçün mövzu hissəsində “Terapist” qeyd etməklə CV-lərinizi göndərə bilərsiniz.
Son müraciət tarixi: 2021.12.10