Stasionar Tibb Bacısı

Şirkət haqqında
Əmək haqqı
400-500

İş haqqında

Tələblər:
- Yaş: 22-45 yaş;
- Təhsil: Tibb bacısı işi üzrə orta ixtisas təhsili mütləqdir;
- Təcrübə: Stasionar şöbədə minimum 2 il iş təcrübəsi mütləqdir;
- Səhiyyə Nazirliyinin sertifikasiyası mütləqdir;
- İşində məsuliyyətli olmalıdır.

Vəzifə öhdəlikləri:
- Bütün tibbi prosedurların aparılması üçün həkiməqədər təcili tibbi yardım göstərmək;
- Tibbi alətlərin, sarğı materiallarının və xəstələrə qulluq predmetlərinin sterilizasiyasını həyata keçirmək;
- Pasiyentlərin müxtəlif növ tədqiqatlara, prosedurlara, əməliyyatlara və həkimin ambulator qəbuluna hazırlanmasını təmin etmək;
- Həkim təyinatının yerinə yetirilməsini təmin etmək;
- Pasiyentin və tibb heyətinin infeksiya təhlükəsizliyini təmin etmək, şöbədə olan bütün heyətin aseptika və antiseptika qaydalarına riayət etməsini təmin etmək;
- Tibbi sənədlərin müvafiq qeydiyyatının aparılması;
- İnyeksiyaların vurulması;
- Dərman və tibbi alətlərin saxlanılmasına nəzarət.

İş şəraiti:
- Əmək haqqı: 400-500 AZN
- Ünvan: Nərimanov rayonu, Asif Məmmədov küçəsi 30

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Tibb Bacısı” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Son müraciət tarixi: 2022.02.06