Subroqasiya şöbəsinin hüquqşünası

Şirkət haqqında
Əmək haqqı
400-550

İş haqqında

Namizədə tələblər
- Yaş: 22-35
- Təhsil: Ali hüquq təhsili mütləqdir.
- İş təcrübəsi: İxtisas üzrə ən azı 2 il məhkəmədə iş təcrübəsi olan
- Mülki, Mülki prosesual, İnzibati Xətalar, İnzibati prosesual, Sığorta qanunvericiliyini və diqər qanuvericilikləri bilən
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (Əla)
- Kompüter bilikləri, Microsoft office proqramları

Əsas vəzifə öhdəlikləri
- Subroqasiya üzrə məsuliyyət daşıyan şəxsləri (əvvəlki variantda “Zərər vuran” qeyd edilmişdir) müəyyən edib şirkətə dəvət etmək
- Subroqasiya üzrə məsuliyyət daşıyan şəxslərlə müvafiq müqavilələr bağlamaq
- Hüquqi sənədlərlə tanış olmaq, sorğuların o cümlədən məhkəməyə iddia ərizələrinin hazırlanması, göndərilməsini və həmin məhkəmələrdə şirkəti təmsil etmək
- Nümayyəndə qismində məhkəmə proseslərində çıxış etmək
- Subroqasiya işləri üzrə məhkəmə qərarlarının icra mərhələsində müvafiq sənədlərin hazırlamaq, icraçıya göndərmək və bağlanmış işləri arxivləşdirmək
- Subroqasiya işlərinin təhlili istiqamətində şirkətin digər struktur bölmələri ilə əməkdaşlıq etmək
- Digər sığorta şirkətlərinin subroqasiya tələblərini təhlil edib ödənişin aparılıb və ya aparılmaması barəsində yazılı təkliflər hazırlamaq
- Subroqasiya məsələləri ilə bağlı Şirkətin və idarənin rəhbərliyi tərəfindən verilən tapşırıqları yerinə yetirmək

Şəxsi keyfiyyətlər
- Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
- Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
- Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı
- Təhlil və araşdırma qabiliyyətinə malik olmaq
- Müşahidə və ilkin təhqiqat aparmaq vəridşlərinə malik olmaq

İş şərtləri
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı : həftə içi 5 gün /09: 00-dan 17:30 dək.
- Sabit əmək haqqı sınaq müddətində 400 AZN
- Sınaq müddətindən sonra 550 AZN
- Fəaliyyət nəticələrinin qiymətləndirilməsi əsasən bonus sistemi

Məlumatlandırıcı qeydlər
• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur.
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruting@ateshgah.com mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Subroqasiya şöbəsinin hüquqşünası ” qeyd etmələri xahiş olunur.
Son müraciət tarixi: 2021-03-27