Subroqasiya şöbəsinin müdiri

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

- Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
- Sığorta hadisələri ilə bağlı Şöbəyə daxil olan sənədləri qəbul edilib məlumat bazasına daxil edilməsinə nəzarət edir;
- Subroqasiya işləri ilə bağlı zəruri sənədlərin qanunvericiliyin tələblərinə uyğun toplanılmasına nəzarət edir;
- Subroqasiya işləri ilə bağlı müvafiq məktubların qanunvericiliklə nəzərdə tutulmuş müddətdə hazırlanmasına və göndərilməsinə nəzarət edir;
- İddia ərizələrinin, pretenziyaların və digər müvafiq sənədlərin hazırlanmasına və göndərilməsinə nəzarət edir;
- Məhkəmə proseslərində iştirak, qərar qüvvəyə minən işlərin icrasına nəzarət edir:
- Subroqasiya işləri ilə bağlı rəhbərliyə mütəmmadi olaraq hesabatlar təqdim;
- Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

Namizədə tələblər:
- Hüquq sahəsi üzrə ali təhsil;
- Qanunvericilik biliyinin mükəmməl olması;
- Dil bilikləri: Azərbaycan dilinin sərbəst bilikləri, ingilis dili və rus dillərinin bilməsi arzuolunandır.
- Ünsiyyət qurmaq bacarığı;
- Məsuliyyətlilik;
- Dəqiqlik;
- Öz fikirlərini aydın ifadə etmək bacarığı;
- Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı
- Komanda ilə işləmək bacarığı.

İş şərtləri:
- Həftəiçi 5 gün, saat 09:00-18:00-dək
- “Bakı Sığorta” ASC öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və vəzifəyə uyğun olan əmək haqqı təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı elektron ünvanına Subject/Mövzu hissəsində “Subroqasiya şöbəsinin müdiri” qeyd etməklə göndərə bilərsiniz

Son müraciət tarixi: 2022.06.26