Təchizat sektorunun mütəxəssisi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

- Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılmasını və təhlilini təşkil etmək;
- Tədarükçü bazasının formalaşdırılması və mütəmadi olaraq yenilənməsi təşkil etmək;
- “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, satınalmaların keçirilməsi prosesini təşkil etmək;
- Satınalmalar üzrə ehtimal olunan qiymətin formalaşdırılması istiqamətində zəruri işlər görmək;
- Tələblər əsasında potensial mal, iş və ya xidmət təchizatçılarının araşdırmasını təmin etmək;
- Sənəd dövriyyəsinin düzgün və operativ təşkilini həyata keçirmək;
- Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:
- Dövlət Satınalmalar üzrə müvafiq İcra Hakimiyyəti orqanının göstərişləri, qərarları və təlimatlarının tələblərini.
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət bacarıqları, şəxsi və peşəkar inkişafa yönümlülük.
- Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), Rus və İngilis dili (arzuolunandır), Microsoft Office və 1C 8.3 proqramlarıni bilməli.

Tələb olunan təhsil və iş təcrübəsi:
- Müvafiq sahə üzrə ali təhsil.
- Təchizat sahəsi üzrə minimum 1 il iş təcrübəsinin olması tələb olunur.

Göstərilən tələblərə uyğun namizədlər azergold.az saytının karyera bölməsindən qeydiyyatdan keçərək müraciət edə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 2021-09-22