Təchizat üzrə kiçik Mütəxəssis (Bazar araşdırmaları üzrə)

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- Şirkət təchizat strategiyasına uyğun yeni təchizat mənbələrinin və tədarükçülərin araşdırılması və mövcud təchizatçı bazasın genişləndirilməsi;
- Mövcud təchizatçı bazası ilə daimi əməkdaşlıq və daha əlverişli şərtlərin əldə edilməsi;
- Yeni təchizatçılarla şirkət strategiyasına uyğun ilkin danışıqların aparılması və şərtlərin müəyyənləşdirilməsi;
- Təchizatçı siyahısına qeydiyyat və təchizatçıların qiymətləndirmə işinin təşkili;
- Təchizat şöbəsi sənəd dövriyyəsi işinə nəzarət;
- Yerli və xarici bazar üzrə yeni imkanların və risklərin izlənilməsi;

Tələblər:
- Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə ali təhsil;
- Təchizat, satınalma sahəsində təcrübə;
- Təchizat və satınalma prossesləri və ümumi prinsipləri haqqında biliklər;
- Azərbaycan, İngilis və Rus dili bilikləri (danışıq bilikləri, texniki sənədlərin oxunması);
- İnternet resursları, kataloq və portallarda axtarış bacarıqları;
- Analitik düşünmə qabiliyyəti;
- Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq.

Səriştələr:
• Məsuliyyətli
• Şəxsi inkişafa meylli
• Pozitiv
• Özünütəşkiletmə qabiliyyəti
• Nailiyyət yönümlülük
• Etibarlılıq
• Dürüstlük

Əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- İş qrafiki: Beş günlük iş həftəsi
- İş yeri: Baki şəhəri, Qafqaz Business Center
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “JS Təchizat üzrə kiçik Mütəxəssis (Bazar araşdırmaları üzrə)” mövzusu ilə [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Son müraciət tarixi: 2021-11-03