Təchizat üzrə Koordinator

Şirkət haqqında
Əmək haqqı
1000

İş haqqında

Vakansiya: Təchizat üzrə Koordinator (Nəqliyyatın Təchizatı)

- Yaş həddi:28-35
- Ə/H: 1000 AZN
- Kişi namizəd

Namizədə tələblər:
- Azı 3 il bu sahə üzrə təcrübə
- Azərbaycan, Rus və İngilis dillərində peşəkar danışıq və yazışma bacarığı
- Outlook, Excel və Word proqramlarında peşəkar işləmək bacarığı
- Komandada işləmək bacarığı
- İşinə məsuliyyətli yanaşma

Vəzifə təlimatı:
• Şirkət prosedurlarına əsasən təchizat şöbəsinin rəhbəri tərəfindən verilən təlimatlar əsasında Avtonəqliyyat və İnzibati şöbələrindən daxil olan sifarişlər əsasında yük və minik maşınlarının, texnikaların, onların ehtiyyat hissələrinin və təmir xidmətlərinin satın alınması üzrə mütəmadi olaraq araşdırmaların həyata keçirilməsi, satınalma sifarişlərinin verilməsi, tədarük prosesində iştirak və malların/xidmətlərin vaxtında təmin edilməsinin təşkili.
• Sement və Yanacaq (Dizel) satınalmalarının təşkili və koordinasiyası.
• Sifariş edilmiş malların/xidmətlərin vaxtında təhvil-təsliminin təşkili, tələbə uyğun olub-olmamasını müəyyən edilməsi və qeydiyyatının aparılması.
• Bütün şöbələr tərəfindən sifariş edilən mal-material və avadanlıqların həftəlik olaraq şirkətlərdən təhvil alınması, Daşkəsən rayonunda yerləşən anbara logistikasının təşkil edilməsi, koordinasiyası və sənədləşməsinin aparılması.
• Uyğun olmayan malların geri qaytarılması və sənədləşməsinin aparılması.
• Yeni nəqliyyat vasitələrinin Dövlət Yol Polisi idarəsində qeydiyyata alınması və sürücülərə təhvil verilmə prosesinin təşkil edilməsi.
• Nəqliyyat vasitələrinin və xüsusi texnikaların illik texniki baxışının keçirilməsinin təşkili, icbari və yol sığortasının, xüsusi fərqlənmə nişanı, yük daşıma qəbzi və digər icazələrinin alınması.
• Yeni xüsusi texnikalar üçün Fövqəladə Hallar Nazirliyindən lisenziyaların alınmasının təşkil edilməsi.
• Yerli və xarici bazar araşdırmalarının aparılması və yeni təchizatçıların müəyyən edilməsi.
• Mövcüd təchizatçılar siyahısında göstərilən və həmçinin yeni yerli və xarici şirkətlərdən təkliflər almaq, dəyərləndirmək, təkliflərin dəyərləndirilməsi hesabatları (müqayisə cədvəlləri) tərtib edərək müqayisəli şəkildə ən sərfəli qiymət və şərtlərlə, keyfiyyətli mallar üçün təklifləri müəyyən etmək və müdiriyyətin təsdiqinə göndərmək.
• Təsdiq edilən təkliflər əsasında satınalma sifarişlərinin (PO) hazırlanıb icra edilməsi.
• Sifarişlərin statusunu mütəmadi olaraq izləmək və müvafiq hesabatlarda qeyd etmək.
• Təchizat şöbəsinin meneceri tərəfindən tələb olunan hesabatları mütəmadi olaraq tərtib edərək təqdim etmək.
• Şirkətin bütün prosedur və təlimatlarına riyaət etmək.
• Bütün tələb olunan sənədləşmələri, yazışmaları, danışıqları və təchizat prosesini şirkət üçün ən sərfəli olan yollarla aparmaq.
• Təchizat şöbəsinin meneceri tərəfindən verilən əlavə tapşırıqları yerinə yetirmək

- İş vaxtı: Həftədə 5 gün, 09:00-dan 17:00-dək
- Nahar şirkət tərəfindən təmin edilir.
- İşə qəbul əmək məcəlləsinə uyğun aparılır.

Uyğun namizədlər CV formalarını [email protected] mail-na mövzu yerində “Təchizat üzrə Koordinator (Nəqliyyatın Təchizatı)” qeyd edərək göndərə bilərlər.
Son tarix: 2021-10-09