Təchizat üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Vəzifə öhdəlikləri:
- Şirkətin bütün satınalma işləri və təchizat üzrə sifarişlərin təmin edilməsinə nəzarət etmək;
- Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini təşkil etmək;
- Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunmasını təşkil etmək;
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunmasına nəzarət etmək.
- Şirkətin inzibati bina, mebel, ofis texnikası, rabitə vasitələri, kargüzarlıq ləvazimatları, kompüter, təsərrüfat inventarı, idarəetmənin texniki vasitələri və digər zəruri avadanlıqlar ilə təmin edilməsi üçün tədbirlər görmək;

Namizədə tələblər:
- Ali təhsil;
- MS Office proqramları;
- Qeyd olunan vəzifə üzrə minimum 3 il təcrübə
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli ( rus və ingilis dilləri bilən namizədlər arzuolunandır) ;
- Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları, kommunikasiya bacarığı.

İş şəraiti:
- İş vaxtı: həftədə 5 gün;
- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
- Bu vəzifə sahibləri müqavilə ilə maddi-məsuliyyətli şəxs olurlar;
- Əmək haqqı: Müsahibə əsasında namizədlə qarşılıqlı razılıq əsasında müəyyən ediləcək.

Maraqlanan şəxslər CV-lərini "təchizat üzrə mütəxəssis" başlığı ilə, Babak.Damirchili@ffgroup.az e-mail adresinə göndərə bilərlər.
Son müraciət tarixi: 2021-09-17