Təchizat üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Şirkət: Industrial Business MMC
Vəzifə: Təchizat üzrə mütəxəssis
Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti, 187A, Offis 78

Vəzifə təlimatı:
- Sifarişlərin qəbulu, təhlili;
- Tədarükçulərin araşdırılması, əlaqələrin yaradılması;
- Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
- Tədarükçülərlə müqavilələrin bağlanması;
- Müqavilənin icrası uçotunun aparılması;
- Gömrük rəsmiləşdirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün lazımi olan bütün sənədlər paketinin təqdim olunması);
- Malların gətirilməsi və anbara təhvil verilməsi;
- Malların qeydiyyatının aparılması;
- Təchizat proseslərinin gedişi haqqında həftəlik, aylıq hesabatların hazırlanması;

Tələblər:
- Ali təhsilli, texniki ali təhsili olan namizədlərə üstünlük verilir;
- Azərbaycan, rus və ingilis dillərində yaxşı səviyyədə danışıq qabiliyyəti;
- Kompüter biliyi: Microsoft Office proqramlarını bilməli;
- Neft-mədən və digər sənaye mallarını tanımalıdır;
- İş təcrübəsi əlaqəli sahədə 3 ildən artıq;
- Fərdi keyfiyyətlər: məsuliyyət, diqqətlilik, müstəqil qərar vermək və ünsiyyət qurmaq qabiliyyəti;

Şərtlər:
- İş qrafiki: Həftənin 5 günü, saat 10.00-19.00
- İşə qəbul AR Əmək Məcəlləci əsasında
- Mobil rabitə.
- Əmək haqqı: Danışıq əsnasında
- Müsahibə CV əsasında aparılacaq.

Xahiş edirik, mövzu hissəsində “Təchizat üzrə mütəxəssis” yazaraq, öz CV-lərinizi Azərbaycan dilində (foto ilə) və gözlənilən əmək haqqını qeyd etməklə ang.group@mail.ru e-poçt ünvanına göndərəsiniz.
Son müraciət tarixi: 2021-09-18