Təchizat üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Vəzifə : Təchizat üzrə mütəxəssis
Əmək haqqı : Müsahibə əsasında təyin ediləcək
İş yeri : Qaradağ rayonu,

Vəzifə öhdəlikləri:
- Cəmiyyətin bütün satınalma işləri və təchizat üzrə sifarişlərin təmin edilməsi;
- Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini təşkil etmək;
- Ən aşağı qiymət və ən sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq, müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq, alış sifarişləri, müqavilələri, düzəlişləri hazırlamaq, gündəlik sənədləşmə işlərini həyata keçirilməsi təmin etmək;
- Cəmiyyətin inzibati bina, mebel, ofis texnikası, rabitə vasitələri, kargüzarlıq ləvazimatları, kompyuter, təsərrüfat inventarı, idarəetmənin texniki vasitələri və digər zəruri avadanlıqlar ilə təmin edilməsi;
- Cəmiyyətin maddi-texniki təminatının effektivliyinin təşkili məqsədilə sifarişlərə və onların icra vəziyyətinə dair vahid baza yaradılmasını təşkil etmək;
- Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
- Gömrük və logistika xidmətləri üzrə müraciət edən müştərilərlə əlaqə qurmaq,
- İdxal və İxrac bəyannamələrinin hazırlanmasını təşkil etmək;
- Gömrük xidmətləri üzrə müqavilələrin hazırlanmasını təşkil etmək ;
- Gömrük xidmətləri üzrə rəhbərliyin həvalə etdiyi digər funksiyaları yerinə yetirmək
- Cəmiyyətin davamlı fəaliyyətinin təmin edilməsi üçün tədarükçü ehtiyatını daim nəzarətdə saxlamaq, daxili sifariş formalarına uyğun olaraq sifariş edilmiş mal və xidmətlərin təchizatını həyata keçirmək;
- Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunmasını təşkil etmək;
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunmasına nəzarət etmək;

Namizədə tələblər:
• Müvafiq sahədə minimal 3 -5 il iş təcrübəsi;
• Ali təhsil.

İş şəraiti:
• 6 günlük iş norması
• Nəqliyyat servisi ilə təmin olunma;
• Nahar ilə təmin olunma;
• Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına (“Təchizat üzrə mütəxəssis” başlığı ilə) göndərməyini xahiş edirik.
Son müraciət tarixi: 2021-11-03