Təchizat üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

- Şirkətdaxili sifarişlərin yerinə yetirilməsi və icrasına nəzarət edilməsi;
- Təchizat üzrə sənədləşmələrin düzgün şəkildə yerinə yetirilməsi;
- Alınması zəruri hesab edilən mal, xidmət və ya işlərlə bağlı təchizatçı şirkətlərin müəyyən edilməsi, uyğun şirkətlərlə müqavilələrin bağlanması;
- Təchizat barədə bazarın araşdırılması və danışıqların aparılması;
- Alınan malların keyfiyyətinə nəzarət edilməsi və qeydiyyatının aparılması;
- Görülən işlər barədə aylıq və illik hesabatların aparılması;
- Təchizatla əlaqədar rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi.

Namizədə tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
- Azərbaycan dili səlis, rus dili üstünlükdür;
- MS Office proqramlarından sərbəst istifadə bacarığı;
- İntizamlılıq, komandada işləmə bacarığı

İş şəraiti:
- İş qrafiki: 09:00-18:00;
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur;
- İş yeri: Nərimanov rayonu, Arif Heydərov küç., 120-122;

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Təchizat üzrə mütəxəssis” qeyd edərək göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, müraciət sıxlığından dolayı yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Son müraciət tarixi: 28 noyabr 2021