Təchizat üzrə satış təmsilçisi

Şirkət haqqında
Əmək haqqı
600

İş haqqında

Namizədə tələblər:
- Yalnız xanım namizədlər
- Ali təhsil (iqtisadi sahədə təhsil alanlara üstünlük veriləcək)
- Yaş həddi: 25-40;
- İş təcrübəsi 1 ildən 3 ilə qədər;
- Məsuliyyətli və nizam-intizamlı olmaq;
- Təchizat və satış sahəsində iş təcrübəsi mütləqdir;
- Azərbaycan dili əla, Rus dili yaxşı səviyyədə, İngilis dili arzuolunandır;
- MS Office (Word, Excel, Power point, Outlook), 1C;
- İqtisadiyyat, Menecment, Logistika sahəsində biliklər;
- Təchizat zənciri haqqında ümumi biliklər;
- Yüksək nitq mədəniyyəti, yazılı və şifahi ünsiyyət qurma bacarığı;
- Yaxşı səviyyədə analitik bacarıqlar, danışıqların aparılması, qiymətlərin razılaşdırılması metodlarını və strategiyasını bilməli;
- Yüksək məhsuldarlıq və iri həcmli informasiyalarla işləmə qabiliyyəti olmalı;

İş barədə məlumat:
- Təchizat proseslərinin hazırlanması, yerinə yetirilməsi və icra olunmasının idarə edilməsi;
- Maya dəyərinin azaldılması və ən uyğun seçimin edilməsi;
- Yerli bazara baxış keçirilməsi;
- Müqavilə və ödəniş sənədlərinin hazırlanması və onlara nəzarətin həyata keçirilməsi;
- Alınacaq məhsulun vaxtında, uyğun keyfiyyətdə və dəyərdə olmasına nəzarət edilməsi;
- Alışlara müvafiq rəylərin və təsdiqlərin alınması;
- Alışların 1C proqramında işlənməsi;
- Şirkətin təchizat siyasətinə uyğun təchizatçının seçilməsi;
- Təchizat planına uyğun alışların həyata keçirilməsi;
- Təchizatçılarla danışıqların aparılması, endirimlərin alınması;
- Şirkətin daxili təchizat üzrə sifarişləri təmin etmək;
- Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasını hazırlamaq və təhlilini təşkil etmək;
- Yeni müştərilərin axtarışı, potensial müştərilərlə əlaqələrin yaradılması;
- Müştəridən gələn sorğuların dəqiq və vaxtında cavablandırılması;
- Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
- Alınmış mallar və görülmüş işlər barədə hesabatların hazırlanması.

İş şəraiti:
- 5 günlük iş həftəsi, 09:00-18:00
- İstirahət günləri: Şənbə - bazar
- Əmək haqqı: 600 AZN + bonus

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Təchizat üzrə Satış Təmsilçisi” qeyd etməklə cv@vsupply.az elektron ünvanına göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 2021-06-19