Təchizatçı (tikinti və təsərrüfat sahəsində)

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Namizədə tələblər:
- Ali təhsil;
- Yaş həddi: 29-40 yaş arası;
- Təchizat sahəsində 1-3 il iş təcrübəsi;
- Tikinti və təsərrüfat sahəsində bazarın təhlil edilməsi və təchizat sahəsində sənəd dövriyyəsinin təşkili;
- Təchizatın planlaşdırılması və danışıqların aparılması bacarığı;
- Dil bilikləri: Azərbaycan və Rus dilləri - mükəmməl səviyyədə, Ingilis dili arzuolunandır;
- MS Office proqramlarından sərbəst istifadə bacarığı;
- Yüksək kommunikasiya və stressə davamlılıq;

İş barədə məlumat:
- Tikinti və təsərrüfat sahəsinə aid təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Açılmış sifariş formalarının analizi;
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
- Satınalma prosesinin ən əlverişli şərtlərlə həyata keçirilməsi və satınalma sorğularına nəzarət edilməsi, yoxlanılması və hesabatlarının hazırlanması;
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.

Vakansiya ilə maraqlanan namizədlərdən öz CV formalarını(şəkilli olaraq) nteymurova@yahoo.com email ünvanına göndərməkləri xahiş olunur.
Son müraciət tarixi: 2021-10-07