Təchizatçı

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, satınalmaların keçirilməsi prosesini təşkil etmək;
- Mal, iş və ya xidmətlərin qanunvericiliyin tələblərinə uyğun olaraq satınalınmasını, tender prosesinin idarəolunmasını təşkil etmək və tender təkliflərini təhlil edərək nəticəsi barədə Tender komissiyasına məlumat vermək;
- Kotirovka sorğusunun nəticələrinə dair yekun protokolu hazırlamaq və Tender komissiyası tərəfindən imzalanmasını təmin etdikdən sonra müvafiq icra hakimiyyəti orqanına qeydə alınması üçün göndərilməsini təşkil etmək;
- Kotirovka sorğusu üzrə müqavilələrin hazırlanması prosesində iştirak etmək və mümkün sənədlərin təmin edilməsinə dəstək olmaq;
- Təlimlər ilə əlaqədar daxil olan sifarişləri həyata keçirmək;
- Proseslərlə əlaqədar ödəniş sənədlərinin hazırlanmasını, imzalanmasını və təsdiq edilməsini təmin etmək.

Namizədə tələblər:
- Ali təhsil;
- 2 illik iş təcrübəsi – Dövlət satınalmaları üzrə iş təcrübəsinin olması üstünlükdür;
- Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis və Rus dili;
- MS Office üzrə biliklər.

Digər məlumatlar:
İş yeri: Bakı şəhəri, Mikayıl Müşfiq 2H

Əmək haqqı razılaşma əsasında müəyyənləşdiriləcək.

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Təchizatçı” qeyd etməklə göndərmələri xahiş olunur.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Son tarix: 11.20.2021