Təcrübə layihəsi (ödənişli)

Şirkət haqqında
Əmək haqqı
1000

İş haqqında

Namizədə tələblər:
- İqtisadiyyat, idarəetmə, analitika, biznes və marketinq sahəsində ali təhsil (xarici ölkə təhsili olanlara üstünlük veriləcəkdir);
- Təcrübə tələb olunmur. Təcrübə müddətində tətbiq olunacaq əməliyyatlar şirkət tərəfindən təmin ediləcəkdir (təlim, proqram, praktika və s.).
- Ezamiyyətlərə getmək imkanına malik olmalı (xərclər şirkət tərəfindən təmin olunacaqdır);
- Punktual və məsuliyyətli olmalı;
- Azərbaycan dilini əla, rus və ingilis dillərini yaxşı səviyyədə bilməlidir;
- Kompüter biliyi.

İş rejimi və əmək haqqı:
- Həftədə 6 gün
- Təcrübə müddəti 1 il. Təcrübə müddətində namizədlə qanunvericiliyə uyğun olaraq “Əmək Müqaviləsi” bağlanacaqdır.
- Əmək haqqı – təcrübə müddətində 1000AZN. Müddət bitdikdən sonra əmək haqqı və digər şərtlər qarşılıqlı razılaşma əsasında təyin olunacaqdır.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Təcrübə layihəsi şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son tarix: 2021.12.01