Təcrübə proqramı (Analitik təhlil)

Şirkət haqqında
Əmək haqqı
Təcrübə

İş haqqında

Sizə nə təklif edirik?
• Regiounun ən böyük logistik mərkəzində, peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları;
• Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit;
• Nəqliyyat, yükdaşımalar, beynəlxalq yükdaşıma proseslərinin məlumat bazası ilə işləmək imkanları;
• Abşeron Logistika Mərkəzinin peşəkar komandasının bir üzvü olmaq şansı.

Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?
• Ali təhsil (logistika, analitik təhlil sahələrində);
• Azərbaycan dili əla səviyyədə, İngilis dili yüksək səviyyədə, Rus dili arzuolunandır;
• MS Offise proqramlarında, xüsusilə Excel (pivot table), Power BI –də yüksək səviyyədə iş bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə, inandırma və satış bacarıqları;
• Gülərüzlülük, səliqəlilik və xoş görkəm;
• Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
• Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı;
• Yüksək araşdırma və tədqiqat bacarığı;
• Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə inkişaf arzusu;
• Məntiqi təfəkkür və analitik təhlil bacarığı;
• Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
• Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.

Təcrübə Proqramı hansı fəaliyyətləri əhatə edəcək?
• Məlumat bazası ilə işləmək, məlumat bazasını formalaşdırmaq;
• Məlumatların təhlili və hesabatların hazırlanması;
• PR və promo aksiyalarda iştirak;
• Görüş və təqdimatların təşkili, iştirak;
• Müştərilər ilə uzunmüddətli əlaqələrin qurulması;
• Müştəri məmnuniyyətinin və xidmət keyfiyyətinin ölçülməsi;
• Yükdaşıma əməliyyatları ilə bağlı analitik təhlilin təmini;
• Dövri hesabatların hazırlanması və təqdim edilməsi.

Peşəkar komandamıza qoşulmaq və karyera yüksəlişinizi Mərkəzimizin inkişafı ilə birgə əldə etmək istəyirsinizsə CV-nizi 25 mart 2021-ci il tarixinədək [email protected] ünvanına, mövzu hissəsində “Təcrübə proqramı” (Analitik təhlil) yazmaqla göndərməyiniz xahiş olunur.