Təcrübə proqramı

Şirkət haqqında
Əmək haqqı
Təcrübə

İş haqqında

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC maliyyə, insan resursları, hüquq, katiblik, informasiya texnologiyaları və inşaat mühəndisliyi (xüsuən yol tikintisi üzrə) sahələri üzrə təcrübə proqramına start verir. Əgər siz də uğurlu karyera qurmaq, peşəkar iş mühitində çalışmaq və qeyd olunan sahələr üzrə real təcrübə qazanmaq istəyirsinizsə, bu proqram sizin üçün ən doğru seçimdir.

Təcrübə proqramının 6 ay davam etməsi nəzərdə tutulmuşdur və bu proqram ödənişsizdir.

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC şirkəti olaraq biz, irqindən, dinindən, cinsindən, yaşından, sosial statusundan və fiziki imkanlarından asılı olmayaraq bütün namizədləri bərabər şəkildə dəyərləndirir və bərabər iş imkanları yaradırıq.

Hansı namizədlərə üstünlük verilir?
• Ali təhsil müəssisəsinə qəbul balı 500-dən yüksək olan yeni məzun olmuş və ya qiyabi təhsil alan gənclər
• Karyerasında bir müddət fasilə etmiş və yenidən başlamaq istəyən namizədlər
• Rus dili biliyi olan (əlavə olaraq İngilis dili biliyinin olması üstünlükdür)
Qeyd Nahar şirkət tərəfindən təmin edilir.

E-mail: cv@akkord.az
Mövzu hissəsində "Təcrübə proqramı" qeyd olunması zəruridir.
son müraciət tarixi 30 Aprel 2021