Təcrübə proqramı

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Proqramın məqsədi - Bankda, xüsusən də müştəri xidmətləri sahəsində peşəkar kadrların yetişdirilməsi, bilikli, bacarıqlı və şəxsi qabiliyyətləri ilə seçilən təcrübəçilər arasından potensial işçilərin seçilməsi, işə qəbulu və inkişafının təmin etməkdir.

Proqramın faydaları:
- İşləyərək öyrənmək imkanı
- Real iş mühiti ilə tanışlıq
- Gələcəkdə Bankda karyera qurmaq imkanı
- Təcrübə proqramında iştiraka dair Sertifikat
- Güclü komandada işləmək
- Təcrübə müddəti - 90 günədək

Təcrübə vaxtı - həftədə 5 gün olmaqla tam iş günü (istisna sonuncu kurs tələbələri)

Proqrama kimlər qatıla bilər:
- Universitetin sonuncu kurs tələbələri;
- Magistratura pilləsi üzrə təhsil alanlar və məzunlar (İqtisadiyyat, Maliyyə, Riyaziyyat və dəqiq və texniki elmlər üzrə);
- Gələcək karyerasını bank sektorunda qurmaq istəyən, yüksək analitik düşünmə qabiliyyətinə malik, öyrənməyə və özünü fasiləsiz olaraq inkişaf etdirməyə həvəsi olan gənclər.
- Proqramda iştirak etmək istəyən şəxslər aşağıdakı baza bilik və bacarıqlara sahib olmalıdır:
- MS Office proqramları ilə işləmək bacarığı;
- Azərbaycan dilində səlis danışıq qabiliyyəti (rus və ingilis dili arzu olunandır);
- Ünsiyyətcil və özünü təqdim etmə bacarığına malik olmaq (xüsusilə, müştəri xidməti sahəsində təcrübə keçmək istəyənlər)
- Proqramda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri Banka təqdim etməlidir:
- Şəxsiyyət vəsiqəsi;
- Sağlamlıq haqqında arayış;
- Tələbələr üçün universitetdən arayış (müraciət) və təcrübə keçmək üçün icazə kağızı;
- Məzunlar üçün diplonun surəti və ya universiteti bitirdiyinə dair arayış

Mərhələlər:
- Namizədlər ilkin olaraq test imtahanına (İQ və/və ya psixoloji testlərə) cəlb edilir
- Növbəti mərhələdə təcrübəçilər Panel müsahibəyə dəvət edilir;
- Mərhələləri uğurla keçmiş namizədlər Proqrama qatılırlar;
- Təcrübəni uğurla başa vuranlara Bank tərəfindən xüsusi Sertifikat və Müsbət xasiyyətnamə verilir
- Təcrübə müddətindən sonra təcrübəçilər Bankın işçi ehtiyacı çərvivəsində işə götürülə və ya ehtiyat kadr bazasına daxil edilə bilər.
- Təcrübə müddətindən sonra işə qəbul edilən şəxslər vəzifənin minimum pilləsinə təyin edilirlər

Son müraciət tarixi: 2022.02.05