Təcrübə proqramı

Şirkət haqqında
Əmək haqqı
400-450

İş haqqında

Avtomobillərə marağı olan və gələcəkdə avtomobillərin texniki xidmət sahəsində karyerasını qurmaq istəyənlər üçün “Performance Center Co” MMC 3 aylıq Təcrübə Proqramı həyata keçirir. Təcrübə Proqramına seçilmiş şəxslərlə əmək müqaviləsi bağlanılır və bu şəxslər təcrübəli mütəxəssislərin rəhbərliyi altında müvafiq nəzəri və praktiki biliklər qazanacaqlar. Təcrübə proqramını tam mənimsəyərək, daxili yoxlamaları müvəffəqiyyətlə keşmiş namizədlər müvafiq şöbələr üzrə işlə təmin ediləcəklər.

Tələblər:
- Ali texniki təhsil (daxilolma balını qeyd etmək mütləqdir);
- Dil bilikləri: Azərbaycan dili səlist, rus və ingilis dilləri orta səviyyədə;
- Kompüter və ofis texnikasından istifadə etmə bacarığı;
- Yaş: 21-25;
- Avtomobilin quruluşu və istismarı üzrə bilgiyə malik olanlara üstünlük veriləcək;

İş şəraiti:
- İş qrafiki: həftənin 5 günü saat saat 09:00-dan 18:00-dək
- Əmək haqqı: 400-450 manat
- İş təcrübəsi tələb olunmur.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Təcrübə proqramı” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 2022.02.12