Təcrübəçi mühəndis-mexanik

Şirkət haqqında
Əmək haqqı
600-800

İş haqqında

Şirkət: “ATEF ŞİRKƏTLƏR QRUPU” MMC
İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi,
Vəzifə: “Təcrübəçi mühəndis-mexanik”
Əmək haqqı: 600-800 AZN

İş şəraiti
- 5 günlük iş həftəsi
- Nahar fasiləsi: 12:00-13:00
- Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat
- Müştərinin istəyinə və müəyyən etdiyi son tarixə qədər güc transformatorların layihə sxemlərini hazırlamaq;
- Transformator hissələrinin sxemini və 3D modellərini yaratmaq üçün xüsusi proqram təminatından istifadə etmək;
- Dizayn keyfiyyətini artırmaq, problemlərin vaxtında aradan qaldırmaq üçün istehsal və keyfiyyət qrupu ilə əməkdaşlıq etmək;
- Mövcud mühəndislik qeydlərinin hesabatını aparmaq;
- Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;
- Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək;
- İstehsalatın texniki hazırlığını təmin etmək;
- Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək;

Tələblər:
- Ali təhsilli (Mexanika mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi);
- Müvafiq ixtisas üzrə 3 il iş təcrübəsi,
- Azərbaycan, rus və ingilis dillərini (təlimlər ingilis dilində olacaq) blməli;
- AutoCAD və 3D proqram təminatını və Autodesk/SolidWorks, Microsoft Office proqramlarını bilməli;
- Analitik düşüncə tərzi;
- Yeni lahiyələrdə iştrak etmək bacarığı;
- Təzyiq altında işləmə bacarığı;
- Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;
- Layihə sənədlərinin vahid sistemi (ЕСКД) əsas tələblərini bilmək;
- QOST, EN, IEC və digər normativ texniki sənədlərdən (texniki şərt, texniki tapşırıq) istifadə etmək bacarığı;
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
- Yeni məhsulların istehsal və sınaqdan keçirməyi bacarığı;

Namizədin şəxsi keyfiyyətləri:
- Fikrini izah etmək qabiliyyəti;
- Ezamiyyə imkanları;
- Ünsiyyət yaratmaq bacarığı;
- Fəal olması və komandada işləmək bacarığı.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@atef.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Təcrübəçi mühəndis-mexanik” mövzu bölməsində göstərin.
Son müraciət tarixi: 2021-05-28