Təftiş xidməti üzrə Baş mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə: Daxili Audit və Nəzarət Departamenti Təftiş xidməti üzrə Baş mütəxəssis
İş yeri: Bakı, Azərbaycan
Şöbə: Daxili Audit və Nəzarət Departamentinin Təftiş xidməti
Hesabat verir: Daxili Audit və Nəzarət Departamentinin Direktoruna
Tabeçilikdə işçi: Vardır

Namizədə tələblər:
- Sahə üzrə ali təhsil
- Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.
- MS Office üzrə biliklər

Əsas vəzifə öhdəlikləri:
- İllik Təftiş planının tərtibi və plana uyğun təftiş prosedurlarını həyata keçirmək;
- Risk əsaslı daxili nəzarətin təşkili və risk əsaslı yoxlamaların həyata keçirilməsini təmin etmək;
- Daxili nəzarət sistemlərinin adekvatlığının, səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsi işini həyata keçirmək;
- Müəssisənin nəzarət siyasəti, departamentin fəaliyyəti ilə bağlı olan müəssisə-daxili təlimat, qayda və iş prosedurlarının layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təklifləri hazırlayıb həyata keçirmək;
- Şirkətin maliyyə resurslarının planlaşdırılmasının və onun icra olunması vəziyyətinin uçot, statistika, məlumatların ötürülməsi, işlənilməsi, məlumat təhlükəsizliyi, icra və nəzarət sisteminin auditi və təftişini aparmaq;
- Normativ-hüquqi aktların və müəssisədaxili qaydaların icra vəziyyətinin, Şirkətin strateji planının həyata keçirilməsinin, bütün struktur bölmələr üzrə onların əsasnamə funksiyalarının, işçilərin vəzifə təlimatlarının icrasının audit və təftişini aparmaq;
- Müəssisədə maliyyə hesabatlarının dəqiqliyinin və etibarlığının, müəssisənin aktivlərinin qorunması vasitələrinin qiymətləndirilməsi, müəssisənin işinin yaxşılaşdırılması istiqamətində təsirli və səmərəli tövsiyələrin verilməsi;
- Təftiş heyətinin işinə nəzarəti həyata keçirmək, heyətin iş keyfiyyətinin artırılmasında iştirak və inkişafına dəstək göstərmək;
- Vəzifəsinin mahiyyətinə aid olan, Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək, kimi vəzifələri yerinə yetirir

CV-lərinizi CV@saba.az elektron ünvanına, mövzu yerinə vakansiyanın adını yazmaqla göndərməniz xahiş olunur. Yalnız tələblərə uyğun namizədlər seçilərək iş görüşmələrinə dəvət olunacaq.
Əmək haqqı bazarda olan təkliflər arasında rəqabətli səviyyədə təklif olunur.

CV-lərin təqdim edilməsi üçün son tarix 21 İyun 2021.