Təhlükəsizlik infrastrukturu şöbəsinin mütəxəssisi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Ümumi vəzifə öhdəlikləri:
- DLP sisteminin tətbiqi və idarə edilməsi;
- Baş vermiş insidentlərin araşdırılması və təhlili;
- İnformasiya təhlükəsizliyinə dair prosedur, siyasətlərin yazılması və test olunması;
- İnformasiya təhlükəsizliyi standartlarının tətbiq olunması və onlara əməl edilməsinə nəzarət.

Namizədə qarşı tələblər:
- Ali təhsil (aidiyyatı sahə üzrə);
- Müvafiq sahə üzrə minimum 2 illik iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus və İngilis dili (yaxşı);
- Şəbəkə avandanlıqlarının (router, switch, access point, firewall və.s) əsas parametrlərinə dair biliklər;
- DLP sistemlərinin işləmə mexanizmi barədə dərin biliklər;
- Problemlərin effektiv həll olunması və analitik düşünmə bacarığı;
- Anti-virus, Anti-Malware sistemləri üzrə biliklər;
- Email təhlükəsizliyi sistemləri üzrə biliklər;
- Monitorinq sistemləri üzrə biliklər;
- İnformasiya təhlükəsizliyi standartları haqqında biliklər (ISO/IEC 27001, NIST, PCI-DSS və s.).

Sizə nə təklif edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
- Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 may 2021-ci il tarixinədək email-in mövzu hissəsində Təhlükəsizlik infrastrukturu şöbəsinin mütəxəssisi qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.