Tələbələrlə iş üzrə administrator

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Vəzifə öhdəlikləri:
- Yeni tələbələrin dərslərə başlama prosesini idarə etmək (qrafikin seçilməsi, dərs planının tərtib edilməsi)
- Cari tələbələrin tərəqqisini idarə etmək (gündəlik zənglər və tələbələr ilə görüşlər, CRM sistemi ilə işləmək)
- Təlimlər üzrə post-satış üzrə planı yerinə yetirmək (əsas kursların uzadılması və cari tələbələr tərəfindən əlavə kursların alınması və s.)
- Pul vəsaitlərinin qaytarılmasının qarşısının alınması üzrə etirazlar ilə işləmək
- Şirkətin keçirdiyi tədbirlər, aksiyalar, xüsusi təkliflər və endirimlər haqqında müştərilərin məlumatlandırılması
- Plan göstəricilərinin yerinə yetirilməsi
- Yüksək səviyyəli müştəri xidmətlərinin göstərilməsi
- Tələbələri ilə ünsiyyət qurmaq (yazışmaların aparılması, messencerlər və s.)
- Komanda işi üçün məktəbin kollektivi ilə ünsiyyət qurmaq (müəllimlər, satış üzrə məsləhətçilər, metodistlər)
- Auditoriyaların məşğələlərə hazırlanması, kabinetlərdə nizam-intizamın saxlanılması
- Müəllimlər üçün çap materiallarının hazırlanması və çap materiallarının sistemləşdirilməsi
- Hüquqi və maliyyə sənədlərinin rəsmiləşdirilməsi (müqavilələr, hesablar və s.)
- Məhsulumuzu təşviq edən müxtəlif marketinq fəaliyyətləri və kampaniyalarda iştirak
- Ofisin iş üçün zəruri olan dəftərxana ləvazimatları, istehlak materialları və digər inventar əşyaları ilə təmin edir, müəllimlər arasında saxlanılmasını, bölüşdürülməsini və sadalanan dəyərlərdən səmərəli istifadəsini təmin edir;
- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar cavablandırılması;
- Potensial müştərilərin cəlb edilməsi üçün telefon zənglərinin edilməsi;
- Müştərilərin təhsil məhsulları barədə istəklərinə uyğun olaraq düzgün seçim etməkdə köməklik göstərilməsi;
- Təhsil məhsullunun və müştəri haqqında olan informasiyanın və məlumatların müvafiq baza sisteminə daxil edilməsi;
- Həftəlik, aylıq, rüblük hesabatları təqdim etmək;
- Komanda ilə aktiv əməkdaşlıq etmək və Şirkətin fəaliyyətlərində yaxından iştirak etmək;

Namizədə tələblər:
- Yüksək IQ səviyyəsi və dünyagörüşü olan, məqsədyönlü, inkişaf etmək arzusunda olan;
- Əla kommunikator, insanlar ilə ünsiyyət qurmağı sevən;
- Potensial müştəriləri əsl müştərilərə çevirməyi bacaran peşəkar;
- MS Office (Word, Excel) proqramları üzrə biliklər
- Ali təhsil müəssisəsinin məzunu olmaq;
- Məsuliyyətli, öz iş vaxtını müstəqil idarə edə bilən;
- Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi.
- Azərbaycan dilində səlist danışan/yazan (rus və ingilis dili bilikləri olanlara üstünlük verilir);
- Ciddi, səbirli, xoş görünüşlü və komanda halında işləməyi bacarmalı, intizamlı və işinə qarşı məsuliyyətli olmalı; Yüksək təşkilatçılıq bacarığı;

Şərtlər:
- Ödəniş: əmək haqqı+ işin nəticələrinə görə bonuslar
- Rahat yerdə yerləşən rahat ofis. Laptop ilə təchiz olunmuş iş yeri;
- İş qrafiki fərdi qaydada müəyyən edilir (3 növbə- 9:00-18:00; 10:00-19:00; 13:00-22:00) (bəzi hallarda işə daha tez gəlmək və işdən gec getmək lazım ola bilər ).
- İş qrafiki 6 gün, 1 gün istirahət
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi
- Əmək haqqı fərdi olaraq müzakirə olunur.
- İş yeri : “StudyLab” Mərkəz Ofis / Ünvan: Cəlil Məmmədquluzadə 102A, City Point Baku

Müraciət qaydası: info@studylab.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “TƏLƏBƏLƏRLƏ İŞ ÜZRƏ ADMİNİSTRATOR” yazıb CV göndərməklə müraciət edilir.
Son müraciət tarixi: 7 oktyabr 2021