Telemarketinq xidmətinin satış üzrə meneceri

Şirkət haqqında
Əmək haqqı
350-400

İş haqqında

Telemarketinq xidmətinin satış üzrə meneceri

Namizədə tələblər:
- Yaş: 21-35
- Cins: Qadın
- Təhsil: Ali
- Dil bilikləri: Azərbaycan (əla), Rus dili(əla), ingilis dili (arzuolunan)
- Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər:
- Ünsiyyət qurmaq bacarığı
- Yüksək nitq mədəniyyəti
- Yüksək təqdimat bacarığı
- Stressə davamlılıq və münaqişələri həll etmə bacarığı
- Yüksək səviyyədə nitq qabiliyyəti, özünütəqdimat bacarığı
- Səlis, aydın, əmin danışıq tərzi
- Satış bacarığı, təqdimat qabiliyyəti

Əsas vəzifə öhdəlikləri:
- Telefon vasitəsilə sığorta məhsullarının satışı
- On-layn alış və sorğuların cavablanması və monitorinqi
- Marketinq araşdırmaları məqsədi ilə zənglərin edilməsi

İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı 10:00 - 17:30
- Sabit əmək haqqı 350-400 AZN + rüblük motivasiya

Məlumatlandırıcı qeydlər:
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
- CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
- Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
- İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruiting@ateshgah.com - mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Telemarketinq xidmətinin operatoru ” qeyd etmələri xahiş olunur.
Son müraciət tarixi: 2021-10-03