Telesatış üzrə qrup rəhbəri

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə və Öhdəliklər:
- Şöbə/bölüm/qrup hədəfləri, onlara uyğun performans göstəricilərini təyin etmək və həyata keçirilməsini təmin etmək
- Müəyyən olunmuş nəzarət mexanizmlərini təqib etmək
- İşçilərin iş yükünün planlaşdırılması və nəzarəti, gündəlik satış və keyfiyyət göstəricilərinə görə işləməsini təmin etmək
- Təqdim olunan müştəri bazasını / siyahını fərdi hədəflərinə uyğun olaraq qrup daxilində bölüşdürülməsini təmin etmək
- Paşa sığorta tərəfindən təqdim olunan məhsul və xidmətləri barədə tabeçiliyində olan işçilərin biliklərini artırmaq və inkişaf etdirmək
- Təlim ehtiyaclarının təmin edilməsi
- Hər bir müştərilərə xidmət nöqtəsinin fəaliyyətinin məqsədəuyğunluğuna dair hesabatın təqdim edilməsi
- İT/inzibati dəstək
- Dəyərləndirmə və monitorinq prosesinin təkmilləşdirilməsi
- İnsan resurslarına olan tələbatın ölçülməsi, planlanılmasına dair təkliflərin hazırlanması
- Satış hədəflərinə dair təkliflər planının hazırlanması
- Hər bir əməkdaşın fərdi satış hədəflərini əhatə edən təkliflər planının hazırlanması
- Layihələrin koordinasiyası

BİLİKLƏR
- Ali təhsil, biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir
- Dil bilikləri: Azərbaycan və rus dillərini sərbəst bilmək, işgüzar ingilis dili biliyinə üstünlük verilir
- MS Office, Outlook, Excel proqramlarında yaxşı səviyyədə işləmək bacarığı

TƏCRÜBƏ
- Telesatış və ya çağrı mərkəzi üzrə qrup rəhbəri kimi minimum 1 il iş təcrübəsi, sığorta sahəsində iş təcrübəsinin olması üstünlükdür
- Təşkiletmə, prioritetləri müəyyən etmək və düzgün iş bölgüsü aparmaq bacarığı

BACARIQLAR
- Analiz etmək , problem həll etmək və qərar vermək bacarıqları
- Yüksək müştəri xidməti və satış bacarıqları
- Keyfiyyətə fokuslanmaq bacarığı
- Fəaliyyətə həvəsləndirmək bacarığı
- Komanda ilə işləmək bacarığı
- Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı
- İdarəçilik bacarığı

Son müraciət tarixi: 21 İyul 2021.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.