Təlim meneceri

Şirkət haqqında
Əmək haqqı
600-1500

İş haqqında

Əmək funksiyaları:
- Yeni təlimçilərin tapılması və hazırlanması
- Yeni təlim proqramlarının hazırlanması və davamlı olaraq təkmilləşdirilməsi
- Təlimlərin keyfiyyətinə nəzarət edilməsi
- Müştəri üçün təşkil edilmiş təlimdə təşkilatçı/koordinator qismində iştirak edilməsi (davamiyyətin yoxlanması, geridönüşlərin alınması)
- Təşkil olunan təlimlərdə təlim öncəsi hazırlıqların aparılmasına nəzarət edilməsi (dəftər qələm və s ləvazimatlara nəzarət, sertifikatların çapının təşkili)
- Təlimlərin təqdimatlarının yenilənməsi (dizayn və content)
- Təlim cədvəllərinin təlimçilərə göndərilməsi
- Tədbirlərin qrafikinə uyğun çay-kofe fasiləsinin təşkilinə nəzarət edilməsi
- Geridönüş formalarının hazırlanması, doldurulmasının və cavabların təhlilinin təşkil edilməsi, nəticələrinin vahid məlumat bazasına daxil edilməsi
- Təlimlərin qrafikinin hazırlanması, təlimçilərlə razılaşdırılması
- Təlim çərçivəsində praktiki tapşırıqların və nəticələrinin iştirakçılara ötürülməsi
- Təlim sonunda imtahan nəzarətçisi olaraq imtahanın təşkil edilməsi
- Geridönüşlər əsasında təlimin təkmilləşdirilməsi üçün təkliflər verilməsi

Təhsil tələbləri: Bakalavr
Staja dair tələb: 5 il

İxtisas səriştələri:
- Danışıqların Aparılması
- Satış Bacarığı
- Təqdimetmə
- Komunikasiya
- Analitik Düşünmə
- Qərarvermə
- İdarəetmə
- Planlama
- Nəzarət
- Networking
- Eyni vaxtda bir neçə işi görə bilmə
- Kompüter biliklərinə dair tələblər: MS Office proqramlarından istifadə qabiliyyəti – Yaxşı səviyyədə

Dil bilikləri:
- Azərbaycan dili – Əla
- Rus dili - arzu olunandır
- İngilis dili - arzu olunandır

İş şəraiti:
- Ünvan: Caspian Plaza
- Həftəlik iş qrafiki: 5 gün
- İş saatları: 12:00-21:00 / 10:00-19:00
- Əmək haqqı: 600-1500 (namizədə görə dəyişir)

Son müraciət tarixi: 28 noyabr 2021