Təlimçi

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Namizədlərə tələblər:
- Yaş: 25 – 30
- Təhsil: Ali
- İş təcrübəsi: minimum 2 il
- Təlimlərin təşkili, sənədləşdirilməsi və keçirilməsi barədə məlumatlı olmaq
- Səmimi, mehriban xasiyyətə malik olmaq; insanlarla tez ünsiyyət qurmaq, insan psixologiyasına bələd olmaq
- Pedaqoqluq qabiliyyəti və bacarıqlarına malik olmaq
- Əmək mədəniyyəti və iş etikası barədə məlumatlı olmaq
- Fərdi və komanda şəklində işləməyi bacarmaq
- Dil bilikləri: Azərbaycan dili (Əla), Rus dili ( Əla ), Ingilis dili (Arzuolunandır)
- Kompüterdən istifadə etməyi bacarmaq (MS Windows, Outlook, Word, Excel və Power Point)

Əsas vəzifə öhdəlikləri:
- Təlimlərin sistemli və səmərəli şəkildə təşkil olunub keçirilməsi üçün insan resurslarının təlim ehtiyaclarını müəyyənləşdirmək
- İllik, yarım illik və rüblük təlim planını hazırlayaraq şirkətin rəhbərinə təqdim etmək; təlim nəticələrini ölçmək (test, məsələ və s. üsullarla) və qiymətləndirmək; təlim nəticələri haqqında hesabat hazırlamaq, onları rəhbərinə təqdim etmək və dosyalamaq
- Şirkətin bütün səviyyələrdə çalışan əməkdaşlarının bilik və praktik bacarıqlarının yüksək standartlara cavab verməsini təmin etmək məqsədilə təlim materialları hazırlamaq, onları daim yeniləmək;
- Keçirilən təlimlərin işçilərin gündəlik işi ilə əlaqələndirilməsinə nəzarət etmək
- Bilavasitə təlim keçdiyi hər bir işçi barədə rəy yazmaq (elektron və ya yazılı) və onu dosyalamaq
- Təşkil olunan bütün təlim proqramlarının səmərəliliyini monitorinq etmək və qiymətləndirmək; təlim proqramlarının səmərəliliyinin artırılması üçün təkliflər irəli sürmək
- Təlim nəticələrinə əsasən işçilərin statusunda dəyişiklik edilməsi, yaxud başqa işə keçirilməsi barədə təkliflər vermək
- Təlimlərin təkmilləşdirilməsi üçün daim axtarışda olmaq və yenilikləri tətbiq etmək

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində "Təlimçi" qeyd edilməsi xahiş olunur.
Son tarix: 2021-07-08