Təlimlər üzrə kordinator

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- Yeni təlim proqramlarını təşkil etmək və mövcud proqramları təkminləşdirmək
- Təlim proqramlarının cari və effektiv olmasına əmin olmaq məqsədi ilə onlara nəzarət etmək və qiymətləndirmək
- Mərkəzə telefonla müraciətlərin cavablandırılması və ya ünvanlanması;
- Təlim üçün müraciətlərin və təlim iştirakçılarının qeydiyyyatını aparmaq və qeydiyyatla bağlı müraciətləri cavablandırmaq;
- Mərkəzə elektron poçtla müraciət etmiş müraciətləri öz səlahiyyətləri çərçivəsində cavablandırmaq, səlahiyyətlərinə aid olmayanaları aidiyyatı işçilərə ünvanlamaq;
- Mərkəzə ziyarətçilərin qarşılanmasını təşkil etmək;
- təlim otağını hazırlamaq və təlimçilərin sifarişləri əsasında onu təlim avadanlıqları ilə təmin etmək və ofisdən kənarda keçirilən təlimləri təşkil etmək;
- Təlim materiallarını qrammatik yoxlamaq, Mərkəzin standartlarına uyğunlaşdırmaq, çoxaldılmasını və dinləyicilərə vaxtında verilməsini təmin etmək;
- Təlim kursları üzrə testlərin və anonim qiymətləndirmələrin keçirilməsini (avtomatlaşmış və fiziki) təşkil etmək, nəticələri emal etmək;
- Təlimsonrakı hesabatları və təlimçilərin dərs saatları barədə hesabatları hazırlamaq;
- Təlim vaxtının dəyişdirilməsi barədə dinləyiciləri məlumatlandırmaq;
- Daxili qaydalarla müəyyən olunmuş kurslarda testlərinin nəticələrinin müzakirəsini təşkil etmək;
- Onlayn təlimləri təşkil etmək: təlimlərim yaratmaq, dinləyicilərə qoşulmaq üçün məsafədən dəstək vermək, təlimi izləmək və Mərkəz tərəfindən ortaya çıxan texniki problemlərin həlli üçün öz səlahiyyətləri çərçivəsində tədbirlər görmək, ehtiyac olanda müvafiq əməkdaşı cəlb etmək;
- Təlim iştirakçıları üçün sertifikatları hazırlamaq və onlayn təlimlər üzrə onları aidiyyəti iştirakçı və ya sifarişçiyə göndərmək;
- Mərkəzin rəhbərliyinin təlimlərin təşkili üzrə ona həvalə etdiyi digər funksiyaları həyata keçirmək.

Namizədə tələblər
- Ali təhsil, bakalavr
- Azərbaycan, rus dili bilikləri yüksək səviyyədə, İngilis dili biliyi orta səviyyədə
- Səlist danışıq və yazı qabiliyyəti
- MS Office proqramlarında işləmək bacarığı
- MS Outlook proqramında işləmək bacarığı
- Təşkilatçılıq və kreativ yanaşma
- Təşəbbüskar və yeniliklərə açıq
- Ehtiyac yarandığı halda həftə sonları işləyə bilmək ( Əmək qanunvericiliyi ilə tənzimlənir)

Şərtlər
- Şəhərin mərkəzində yerləşən rahat ofis.
- İş qrafiki fərdi qaydada müəyyən edilir.
- Əmək haqqı fərdi olaraq müzakirə olunur.
- İş yeri : “StudyLab” Mərkəz Ofis / Ünvan: Cəlil Məmmədquluzadə 102A, City Point Baku

Müraciət qaydası: [email protected] elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “Təlimlər üzrə koordinator” yazıb CV göndərməklə müraciət edilir. Yalnız ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 26 avqust 2021