Təminat şöbəsinin aparıcı mütəxəssisi

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- təsərrüfat xərcləri proqnozlarının tərtibində iştirak etmək;
- təsərrüfat inventarlarının mühafizəsi və təmir olunmasına nəzarəti vaxtında həyata keçirmək;
- təsərrüfat mallarının saxlanmasında, ayrılmış material və vəsaitin səmərəli istifadəsinə nəzarətdə iştirak etmək;
- satınalma ilə bağlı qanunvericiliyi mükəmməl səviyyədə bilmək;
- satınalma reqlamentini qanunvericiliyin tələblərinə uyğun hazırlamaq;
- satınalma prosedurlarını həyata keçirmək;
- tədbirlərin təşkili zamanı smetanın hazırlanmasını təmin etmək;
- Agentliyin strukturuna daxil olan bölmələrdə əmlakın və öhdəliklərin inventarizasiyasında iştirak etmək, inventarizasiyanın nəticəsi üzrə hesabatlar hazırlamaq;
- əsas vəsaitlərin, material ehtiyatlarının, azqiymətli və tezköhnələn əşyaların müvafiq subhesabları üzrə uçotunu aparmaq;
- büdcə proqnozlaşdırılması zamanı statistik göstəricilərə və tələbata uyğun təkliflər vermək;
- büdcə ili ərzində satın alınacaq malların (işlərin, xidmətlərin) tərkibi, həcmi, miqdarı və ölçüsü barədə məlumatı, satınalmanın ardıcıllığını və təqvim ili üzrə bölgüsünü əks etdirən satınalma planını hazırlamaq;
- şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
- təminat və təchizat sahəsi ilə bağlı zəruri sənədləşmələri həyata keçirmək.

TƏLƏBLƏR:
- Ali təhsil (Maliyyə, mühasibat uçotu və audit, iqtisadiyyat və s. aidiyyəti ixtisasları üzrə);
- Yaş həddi 27-45 aralığı;
- İxtisası üzrə azı 5 il iş stajı;
- MS Office proqramlarını mükəmməl səviyyədə bilməli;
- 1C (8.3 UPP) proqramını bilməsi arzuolunandır;
- Rus və ya ingilis dilini səlis bilməsi arzu olunandır;

DİGƏR:
- Əmək haqqı müsahibənin nəticəsinə əsasən müəyyən olunacaqdır;
- İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
- İstirahət günləri: şənbə və bazar günləri;
- Vakansiya üzrə müraciətin son müddəti: 1 sentyabr 2021-ci il
- İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə vacancy@regulator.gov.az poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Təminat – aparıcı mütəxəssis) qeyd edin.
Son müraciət tarixi: 2021-09-16