Tender Təchizatı üzrə mütəxəssis (Tibbi Ləvazimat)

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Tələblər:
- Ali iqtisadi təhsil;
- Satınalma və təchizat sahəsində 3 illik iş təcrübəsi;
- Dərman sahəsində bilik;
- Xarici bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığının olması;
- Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
- Əla səviyyədə Azərbaycan, Rus və İngilis dili biliyi;
- Yüksək səviyyədə MS Excel, MS Word və 1C proqramı üzrə biliklər.

Vəzifə öhdəlikləri:
- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
- Xarici şirkətlərlə əlaqələr, əməkdaşlıqlar qurmaq, partnyorların cəlb olunması istiqamətində danışıqlar aparmaq;
- Sifariş üzrə bazar araşdırması aparmaq və yeni tədarükçülər tapmaq;
- Sifariş olunan məhsulların qeydiyyatına və digər sənədlərə nəzarətin edilməsi;
- Təchizatçılarla öncədən razılaşdırılmış şərtlər əsasında müqavilələrin bağlanması;
- Təchizatçılarlardan alınan qaimələr əsasında ödənişlərin edilməsinə nəzarət edilməsi;
- Malların vaxtında çatdırılmasına, yük sənədlərinin düzgün hazırlanmasına və malların optimal surətdə daşınmasına nəzarət.

İş şəraiti:
- İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Zərifə Əliyeva küç., 93);
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Tibbi siğorta ilə təmin olunma;
- Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.
Son müraciət tarixi: 2021-10-08