Tender üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Struktur hissəsi: Satış şöbəsi
Birbaşa tabeçilik: Satış şöbəsinin müdiri
Funksional tabeçilik: Kommersiya departamentinin direktoru

Məsuliyyət və vəzifələr:
- Satış şöbəsinin müdirinin rəhbərliyi altında Cəmiyyətin ümumi müştəri bazasının formalaşdırılması üzrə işləri yerinə yetirir;
- Müştəri barədə informasiyaları (Müştərinin rekvizitlərini, əlaqə qaydasını, hüquqi və faktiki ünvanı) toplayır və müştəri bazasına qeyd edir;
- Caməiyyətin təqdim etdiyi mal və xidmətlərin qiymətlərindəki dəyişikliklərlə, avadanlıqların təchizat müddətləri ilə bağlı müştəriləri məlumatlandırır;
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi
- Tender üzrə tələb olunan sənədlərin operativ şəkildə hazırlanması
- Tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması
- Tender prosesi zamanı şirkətin təmsil olunması
- Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi
- Müştəri bazasının genişləndirilməsi
- Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı
- Satış menecerlərinin göstərişi ilə müştərilərlə əlaqə yaradır;
- Müştəri tərəfindən ödənişlərin həyata keçirilməsinə nəzarət edir və satış menecerlərini məlumatlandırır;
- Satış menecerlərinin göstərişi ilə malların anbardan çıxarılıb müştəriyə göndərilməsi üçün mal tələbnaməsini yazır;
- Malların müştəriyə çatdırılmasını təmin edir;
- Malların təchizat müddətlərinin əməl edilməsinə nəzarət edir, malların təchizatı yubanarsa, öz rəhbərini -məlumatlandırır;
- Vaxtında reaksiya vermək məqsədilə avadanlıqlar çatdırıldıqdan sonra müştəridən avadanlıqların xüsusiyyətlərinə uyğunluğu, qablaşdırmanın düzgünlüyü, istehsalçı tərəfindən və ya daşınma zamanı qüsurların mövcud olub-olmaması barədə informasiya toplayır;
- Müqavilələrin icrası ilə bağlı müştərilərin pretenziyalarının uçotunu aparır və Rəhbərliyi məlumatlandırır;
- Müqavilə şərtlərininin pozulması səbəblərini müəyyən edir və Satış şöbəsinin müdirinə məruzə edir;
- Müştəri barədə daxil olan bütün informasiyaları ERP proqram məhsuluna qeyd edir;
- Prezentasiya və sərgilərin hazırlanmasında iştirak edir, Sərgi və prezentasiyalardan daxil olan informasiyaları qeydə alır, sistemləşdirir və Satış şöbəsinin müdirinə təqdim edir;
- Keyfiyyət sisteminin menecmenti tələblərinin yerinə yetirilməsinə nəzarət edir.
- Özünün birbaşa rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirir.

Tələblər:
- Ali təhsili olmalı
- Satış və tender sahəsində təcrübəli olmalı
- Rus və ingilis dillərini bilməli
- Tender işləri üzrə ən azı 1 ildən-3 ilədək təcrübəsi olmalı
- Kompüter biliklərinə sahib olan
- Microsoft Ofis proqramlarını yaxşı səviyyədə bilən
- Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır
- Kollektivdə işləmə bacarığı olmalı

Fərdi keyfiyyətlər:
Təşkilatçılıq bacarığı
Geniş dünya görüşü və ələqələndirmə bacarığı
Məsuliyyət hissi
Diqqətlilik
Məşğulluq: Tam

Son müraciət tarixi: 30.11.2021