Tender üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
- Elan üzrə ilkin araşdırmanın aparılması və rəhbərliyin məlumatlandırılması;
- Tenderin Əsas Şərtlər Toplusunun nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi və bunun nəticəsi olaraq baxılan tenderdə şirkətin iştirak imkanları haqqında ilkin analizin nəticələri haqqında rəhbərliyin məlumatlandırılması;
- Tender sənədlərinin əldə olunması üçün müvafiq işlərin görülməsi;
- Tender prosesi ilə bağlı yazışmaların və danışıqların aparılması;
- İştirakçılara qoyulmuş tələblər nəzərə alınmaqla müvafiq sənədlərin hazırlanması və tələb olunan müddət ərzində Sifarişçiyə göndərilməsi;
- Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək;
- Təklifləri analiz etmək; ucuz qiymət və sərfəli şərtlərin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq;
- Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət;
- Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində Tender Komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması;
- Müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq;
- Tender prosesi zamanı şirkətin təmsil olunması;
- Tender prosesini icra etmək və nəzarətdə saxlamaq;
- Tender proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatların hazırlanması;

İş qrafiki:
- Bazar ertəsi – Cumə: 09:00-dan 18:30-dək
- İstirahət günü: Şənbə və Bazar günləri
- Nahar şirkət tərəfindən verilir.
- Əmək haqqı müsahibə əsasında müəyyənləşdiriləcək.

Namizədə tələblər:
- Ali təhsilli;
- Azərbaycan, rus və ingilis dillərini yaxşı səviyyədə bilməli;
- Satınalma və tender sahəsində 2-3 ildən artıq iş təcrübəsi;
- Tender təkliflərinin hazırlanma qaydalarını bilməli;
- Kompüter biliklərinə sahib olmalı;
- Microsoft Ofis proqramlarını yaxşı səviyyədə bilməli;
- Fəal olması və komandada işləmək bacarığı;
- İşə planlı yanaşması;
- Yüksək məsuliyyət, diqqətcil olmaq;
- Ünsiyyət və analitik düşünmə bacarığı olmalı;
- Məqsədinə çatmaq üçün hərəkətli iş rejimində çalışa bilən;
- Yaş həddi 22-35 yaş arası;

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində vakansiyanın adını “Tender üzrə mütəxəssis” qeyd edərək göndərilməsi xahiş olunur.
Son müraciət tarixi: 2021-12-01