Tərcüməçi / İnzibati köməkçi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Departament: Əmlak Departament
Yerləşmə: Baş Ofis.

Vəzifə öhdəlikləri:
- Rəhbərliyin iştirak etdiyi iclaslarda və onlayn görüşlərdə sinxron tərcümə fəaliyyətini yerinə yetirmək;
- Tərcümə zamanı qrammatika qaydalarına dəqiqliklə riayət etmək, müvafiq üslubu gözləmək, tam peşəkar səviyyədə işi təhvil vermək;
- Rəhbərlik tərəfindən təqdim edilən sənədlərin tərcüməsini dəqiqliklə təmin etmək;
- Məxfi məlumatlarla işləmək, onların gizliliyini qoruyub saxlamaq;
- Müvafiq inzibati işlərin icrası (rəhbərin təqvimini idarə etmək, görüşləri təşkil etmək və s.)

Namizədə tələblər:
- Bakalavr dərəcəsi;
- Sinxron tərcümə sahəsində ən azı 3 il iş təcrübəsi;
- Yüksək sinxron tərcümə etmə qabiliyyəti;
- Mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqlarına malik olmaq;
- İngilis və Türk dillərini yazılı və şifahi olaraq əla səviyyədə bilmək;
- Mükəmməl səviyyədə MS Office (Power Point, Word, Excel) proqramlarında işləmək bacarığı;
- Məsuliyyətli olmaq;
- Yüksək səviyyətə ünsiyyət bacarığına sahib olmaq;
- Detallara diqqətli olmaq.

Maraqlanan namizədlər email ünvanına "Tərcüməçi / İnzibati köməkçi" başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son müraciət tarixi: 2022.08.08