Təsərrüfat işləri üzrə köməkçi

Şirkət haqqında
Əmək haqqı
400

İş haqqında

Vəzifə öhdəlikləri:
- Müəssisənin ərazisində və binalarda istehsal sanitariyası və yanğından mühafizənin norma və qaydalarına uyğun olaraq təsərrüfat xidmətinin lazımi vəziyyətini, əməkdaşların səmərəli işləməsi üçün lazımi şəraitin yaradılmasını təmin edir
- Müəssisənin ərazisinin və inzibati binaların kommunal və rabitə xidmətləri ilə fasiləsiz təminatını təşkil edir.
- Fəaliyyət ərazisində bina, su təchizatı sistemi, hava dəyişmə və digər avadanlıqların, əsas fondların cari təmirini edir və əsaslı təmirində iştirak edir.
- Təmir və təmirdən sonra olan təmizlik işlərini keyfiyyətlə yerinə yetirir.
- Sahənin abadlığına, yaşıllaşdırılmasında, təmizlənməsində, binaların təmiri işlərində iştirak edir.
- Keçirilən iclas, konfrans, seminar və eləcə də digər tədbirlərin təsərrüfat xidmətini həyata keçirir.
- Təsərrüfat avadanlığının qorunması, onların bərpa olunması və yeniləri ilə əvəz olunması, həmçinin, xidmət sahələrində və onların yaxınlığında yerləşən ərazidə təmizliyə riayət olunmasını təmin edir.
- Otaqların vəziyyətinə nəzarət edir və vaxtında təmir işlərinin aparılması üçün tədbirlər görür.
- Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.

Tələblər:
- Təsərrüfat işlərinin yerinə yetirilməsinin təşkilini və ilkin təmir qaydalarını bilmək - xüsusən santenika sahəsində;
- Elektrik kimi ilkin bilik və bacarıqlara sahib olmaq
- Mebel, elektrik və santexnika avadanlıqlarının xırda təmir-bərpa işlərində bilik və dəstək

Səriştələr:
- Məsuliyyətli
- Pozitiv
- Özünütəşkiletmə qabiliyyəti
- Etibarlılıq
- Dürüstlük

Əlavə məlumat:
- Əmək haqqı 400 AZN (gross)-dən başlayaraq
- İş qrafiki: Beş günlük iş həftəsi
- İş yeri: Baki şəhəri, Qafqaz Business Center
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Təsərüffat işləri üzrə köməkçi” mövzusu ilə ünvanına göndərə bilərsiniz.
Son müraciət tarixi: 2022.02.05