Texniki Dəstək üzrə Administrator (Helpdesk)

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifənin rolu:
Bu vəzifənin rolu kompüter sistemləri, proqram təminatı və avadanlıqla əlaqəli texniki köməklik və dəstək göstərməkdir.

Vəzifə öhdəlikləri:
- Sorğuları e-poçt, telefon və ya ERP-də olan yoxlama siyahısı vasitəsilə yoxlayır
- Sistem səhvlərinin və avadanlığın diaqnozunu aparır və nasazlığı aradan qaldırır
- İstifadəçilərin problemlərinin tam həll olunmasını təmin edir
- Yeni kompüterləri quraşdırır və korporativ domenə qoşur
- Yeni istifadəçilər üçün hesablar yaradır
- İşçilərin təhvil-təslim prosesi zamanı İT avadanlıqları yoxlayır
- İstifadəçi məlumatlarının ehtiyyat nüsxəsini yaradır
- Korporativ elektron poçtu quraşdırır və problemləri səriştəli həll edir
- Simli və simsiz daxili telefon cihazlarını yoxlayır
- LAN, WiFi şəbəkələrinin işləməsini və problemlərin həllini təmin edir
- USB və şəbəkə printerləri və skanerlərdəki problemləri yoxlayır və nasazlığı aradan qaldırır
- İT avadanlığı əvəz və təmir edir

Əsas tələblər:
Təhsil:
Ali təhsil arzuolunandır

Təcrübə:
İT üzrə ən azı 2 illik iş təcrübəsi

Professional Biliklər:
Əməliyyat sistemləri, kompüter avadanlığı, və proqram təminatları barəsində güclü bilik
Şəbəkənin əsasları
TCP / IP, DHCP və DNS protokolu
E-poçtun quraşdırılması və konfiqurasiyası
Rus və İngilis dili arzuolunandır
Professional Bacarıqlar və Kompetensiyalar:

Problem həlletmə
Detallara və nəticəyə yönümlü
Ünsiyyət bacarıqları

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Texniki Dəstək üzrə Administrator” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 2021.12.28